I Avropa Oyunlarının bağlanış mərasiminə baxmayanlar üçün TAM VİDEO

29-06-2015, 10:18 1018 dəfə baxılıb

I Avropa Oyunlarının bağlanış mərasiminə baxmayanlar üçün TAM VİDEO















Bakı 2015 I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi başa çatıb. Bağlanış mərasimi dünən saat 21:00-da Bakı Olimpiya Stadionunda başlayıb. Səhnədə Qız qalası ucalıb, qalanın ən yüksək zirvəsindən İçərişəhərin divarları arxasında Simurq quşu əfsanəsində vəd edilən oyanışı gerçəkləşdirərək simasını dəyişən şəhər – Bakı, “Alov qüllələri” görünüb.
Bağlanış mərasimində şeypurun sədaları Azərbaycan prezidenti İlham Əliyevi, “Bakı 2015”: I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkini salamlayıb. Bakıyadək bütün qədim məkanları diyar-diyar dolaşan xalça ilmələri stadionun ekranlarında canlanıb. Geriyə sayım sıfıra çatdığı an xor dövlət himnini yeni simfonik aranjmanda ifa edib və Azərbaycan bayrağı yüksəlib. Bağlanış mərasiminin tam videogörüntülərini diqqətinizə çatdırırıq:



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR