“Xocalı qətliamını qondarma “erməni soyqırımı”na qarşı qoymaq mümkündür, bir şərtlə ki...”

10-02-2019, 23:43 513 dəfə baxılıb

“Xocalı qətliamını qondarma “erməni soyqırımı”na qarşı qoymaq mümkündür, bir şərtlə ki...”


Qarşıdan Xocalı faciəsi və eləcə də qondarma “erməni soyqırımı”nın növbəti ildönümü gəlir.

Türk dünyası ermənilərin 1915-ci ilin aprel olayları ilə bağlı yalanlarını ifşa etmək üçün Xocalı soyqırımı faktından yetərincə istifadə edə bilirmi? Xocalı soyqırımının dünya tərəfindən tanınması qondarma “erməni soyqırımı” yalanının ifşası baxımnından əhəmiyyətli rol oynaya bilərmi?

Politoloq Azər Rəşidoğlu Xocalı soyqırımının tanıdılması istiqamətində daha ciddi addımlar atmağa ehtiyac olduğunu bildirdi:

“Bu, sadəcə bu günün məsələsi deyil. Qondarma “erməni soyqırımı” ilə bağlı kampaniyanı ermənilər uzun müddətdir ki, keçirirlər. Bu təbliğatın arxasıdna milyonlarla vəsait durur. Məsələ bundadır ki, Qarabağın işğalı ilə bağlı reallığı belə yetərincə dünyaya çatdırmaq mümkün olmayıb. Odur ki, qısa zamanda Xocalı soyqırımının dünyaya tanıdılması, erməni yalanlarının ifşa ediləcəyini gözləmək real deyil.

Xocalıda insanlığa qarşı cinayət olub. Soydaşlarımız sırf Azərbaycan türkləri olduqları üçün vəhşicəsinə qətlə yetiriliblər. Bu, bir soyqırımı və hərbi cinayətdir. Lakin bunun dünyaya çatdıırlması üçün uzun illər vaxt lazımdır.

Türkiyə hrə zaman Azərbaycanın yanında olub. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda israrlı olub. Lakin Xocalıda baş verənlərin soyqırım kimi tanıdılması üçün hələ uzun müddət çalışmaq lazımdır. Azərbaycan lobbisi, xaricdəki sodyaşlarımız da bu məsələ ilə bağlı aktivliklərini artırmalıdır. Bu məsələdə bizim türk lobbisinin dəstəyinə ehtiyacımız var. Uzun müddət və sistemli şəkildə işləmək lazımdır ki, Avropa dövlətlərinin parlamentində Xocalıda baş verənlər soyqırım kimi tanınsın. Yalnız bundan sonra biz Xocalı amilini qondarma “erməni soyqırımı”na qarşı qoya bilərik.

Hesab edirəm ki, Azərbaycan və Türkiyə bu məsələlərdə gecikir. Xocalı soyqırımının bütün dünyada tanıdılması üçün səyləri artırmaq lazımdır. Bütün qüvvələri bu işə səfərbər etməyə ehtiyac var”.MODERATOR.AZ


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR