“Bu bazaların Azərbaycanda yerləşməsi hərbi baxımdan faydalıdır, amma...”

6-04-2019, 23:31 358 dəfə baxılıb

“Bu bazaların Azərbaycanda yerləşməsi hərbi baxımdan faydalıdır, amma...”


Son günlər qardaş Türkiyə Cümhuriyyətinin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı təkliflər səslənir.

Türk hərbi bazalarının Azərbaycana gəlişi ölkəmizin hərbi nüfuzunu artıra, Qarabağ probleminin həlinə hansısa formada təsir göstərə bilərmi? Yoxsa bu addım regiondakı hərbi vəziyyətin daha da mürəkkəbləşməsinə, yaxud hansısa neqativ proseslərə yol aça bilər?

Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə belə bir addımın sırf hərbi baxımdan ölkəmizin maraqlarına uyğun olduğunu qeyd etməklə yanaşı, Azərbaycanı müəyyən güclərin təzyiqləri ilə üz-üzə qoya biləcəyinə də diqqət çəkdi:

“Türk ordusu kimi güclü bir ordu ilə əməkdaşlığı genişləndirmək, onların bazasını Azərbaycanda yerləşdirmək, sırf hərbi baxımdan müsbət rol oynaya bilər. Amma yaddan çıxarmayaq ki, Türkiyə NATO dövlətidir. Biz bu məsələdə yenə də beynəlxalq təzyiqləri, ilk növbədə Rusiyanın təzyiqini yada salmalıyıq.

Rusiya təbii ki, NATO üzvü olan dövlətin bazasının ona qonşu olan bir dövlətdə yerləşməsindən məmnunluq duymayacaq. Gürcüstan bu məsələdə nümunə ola bilər. Gürcüstan NATO-ya girməyi çox arzu edir, buna cəhd göstərirdi. Nəticə olaraq onun hansı çətinliklərlə, hansı təzyiqlərlə üzləəşdiyi hər kəsə bəllidir. Bu isə o deməkdir ki, Azərbaycanda bu məsələ gündəmə gəlsə, o zaman biz yenə də şimal qonşunun təzyiqləri ilə üzləşə bilərik”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR