Tofiq Hümbətov baradə yazılanlar yalan çıxdı

2-05-2019, 17:06 2361 dəfə baxılıb

Tofiq Hümbətov baradə yazılanlar yalan çıxdı

Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.

Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.

Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib.
Məsələn,götürək 3 gün əvvəl yaylmış bir xəbəri. Müxtəlif saytların verdiyi məlumata görə guya İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov barəsində cinayət işi başlanılıbvə s.
Əvvala Tofiq Hümbətov bir neçə aydır ki, öz ərizəsi ilə İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən çıxıb.
İşlədiyi az müddət ərzində bu komleksdə yüzlərlə yarış keçirilib. Uğurlu nəticələr olub. Lakin özəl bir şirkətdən daha sərfəli iş təklifi aldığına görə ərizəsini yazaraq könüllü işdən çıxıb.
Qaldı ki, cinayət işi ilə bağlı məlumatlara, Tofiq Hümbətovun özü ilə əlaqə saxladıq. O bu xəbərləri yalanladı və belə bir şeyin olmadığını söylədi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR