Sabir Zeynalov prezidentə şikayət ünvanlayıb

20-05-2019, 10:45 1159 dəfə baxılıb

Sabir Zeynalov prezidentə şikayət ünvanlayıb


Ötən saylarımızda saytımızda "Məhkəmədə 2 min cərimələnən şəxs Azər Babayevdən əl çəkmir" başlıqlı məqalə dərc edilmişdi.
Yazıda adı keçən Sabir Zeynalov redaksiya ilə əlaqə saxlayaraq onun mövqeyinin dərc edilməsini xahiş edib.
Sabir Zeynalovun prezidentə ünvanladığı şikayəti təqdim edirik:

"Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevə Siyəzən şəhəri,Vidadi küçəsi ev № 45-də yaşayan Zeynalov Sabir Mabetdin oğlu tərəfindən
Şikayət.
Hörmətli Prezident cənab İlham Əliyev,məlumat üçün yazıb sizə bildirmək istəyirəm ki,Siyəzən bələdiyyəsinin sədri Azər Babayevin öz maddi marağına görə Siyəzən rayon sakini Səlimov Müslüm Qarabəy oğlu ilə,gizli yolla əlaqəyə girməklə,Müslüm Səlimovun adına olan,30 oktyabr 2002-ci il tarixli 10-3 və 28 sentyabr 2007-ci il tarixli,9-19 saylı ilkin torpaq icarə müqaviləsində 40kv.m. torpaq sahəsi olduğu halda,sonradan saxta yolla torpaq sahəsi əlavə edərək 47 kv.m. etməsi kimi,cinayət xarakterli saxtakar əməlləri barədə,yuxarı dövlət orqanlarına etdiyim çox-saylı şikayətlərimlə bağlı,mənə göndərdikları cavab məktublarında öz təsdiqini tapmış cinayət xarakterli saxtakar hərəkətləri barədə,üç ilə yaxındır ki,tədbir görülməsi üçün,bir sıra yuxarı orqan,qurum və təşkilatlara o cümlədən,Azərbaycan respublikası Ədliyyə naziri şəxsən cənab Fikrət Məmmədovun,Ədliyyə nazirliyinin Bələdiyylələrlə İş Mərkəzinin şəxsən rəisinin adına həm poçt,həm də rəsmi elektron poçtu vasitəsi ilə,ayrı-ayrı tarixlərdə,rəsmi,danılmaz faktlarla yazıb göndərdiyim mindən artıq ərizə,məktub və şikayət teleqramalarım,Ədliyyə nazirliyi və Bələdiyyələrlə İş Mərkəzi tərəflərindən,ayrı-ayrı tarixlərdə,aidiyyatı üzrə,araşdırılıb qanuna müvafiq tədbirlərin görülməsindən ötrü,Ədliyyə nazirliyinin Xaçmaz Regional idarəsinə göndərilmiş saysız hesabsız,həmçinin,Bələdiyyələrlə İş Mərkəzi tərəfindən,Xaçmaz regional idarəsinin rəisi cənab Cavanşir Əvəzovun adına daxil olmuş,21.01.2019-cu il tarixli,09/N-76/1,2 nömrəli,18.02.2019-cu il tarixli,09/Z-76/3 nömrəli,19.02.2019-cu il tarixli,09/Z-76/4 nömrəli,21.02.2019-cu il tarixli,09/Z-761 nömrəli,27.02.2019-cu il tarixli,09/Z-76/6 nömrəli və 27 mart 2019-cu il tarixli,09/Z-76/13 nömrəli şikayət müraciətlərim,Xaçmaz Regional Ədliyyə İdarəsində,18-ildir Bələdiyyə sədri işləməklə,əyri yollarla topladığı varidatın hesabına zəngin həyat tərzi keçirən Azər Babayevin "xatirinə" obyektiv yoxlanılmadan,tədbirsiz,nəticəsiz və cavabsız qalmaqla,Azər Babayevin vətəndaş Müslüm Səlimovla birgə etmiş olduğu cinayət xaraktreli saxtakar əməllərinin üstü,bu günə kimi də,açıq şəkildə ört-basdır olunmaqdadır.Hörmətli cənab Preizdent,odur ki,Siyəzən bələdiyyəsinin sədri Azər Babayevin vətəndaş Müslüm Səlimovla birgə etdiyi,yuxarıda qeyd etdiyim,öz təsdiqini tapmış cinayət xarakterli saxtakar əməlləri barədə,qanuna müvafiq ciddi tədbirlərin görülməsini sizdən xahiş edirəm.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR