Dayanma və durma qaydasının pozulması: Çörək maşınına 40-50 manat cərimə yazılıb

27-05-2019, 09:57 353 dəfə baxılıb

Dayanma və durma qaydasının pozulması: Çörək maşınına 40-50 manat cərimə yazılıb
Bakıda çörək sexlərindən birinə məxsus avtomobilə ay ərzində 40-50 cərimə yazılır. Səbəb həmin avtomobilin qadağan olunmuş ərazidə dayanmasıdır. Çörək sexinin əməkdaşları deyir ki, bütün cərimələr onlar mağazalara çörək verərkən yazılıb. Bəs bu cür zəruri qida məhsulu verən avtomobillərə belə yerlərdə güzəştə gedilə bilərmi? Əməkdaşlarımız mövzünu araşdırıblar.

Dayanma və durma qaydasının pozulmasına görə çörək sexinə məxsus bir avtomobilə 40-50 cərimə tətbiq edilib.

Çörək sexinin əməkdaşı Emin Hümbətov deyir ki, adətən cərimələr şəhərin mərkəzi küçə və prospektinin kənarındakı mağazaların qarşısında yazılır. Həmin ərazilərdə dayanma və durmaya kameralar vasitəsi ilə nəzarət edilir. Bu səbəbdən də onların əməkdaşları avtomobillə həmin mağazalara çörək verərkən radara düşürlər.

Emin Hümbətov deyir ki, çörək avtomobili mütləq qaydada mağazanın qarşısında dayanmaldır. Kənarda saxlayıb çörəyi açıq şəkildə mağazaya gətirmək həm gigiyenik cəhətdən düzgün deyil, həm də vaxt itkisidir.

Qeyd edək ki, sözügedən sexin avtomobillərinə ən çox cərimələr paytaxtın Əbdülrəhim Bəy Haqverdiyev, Şərifzadə, Cəfər Cabbarlı və Şıxəli Qurbanov küçəsində yazılır. Çörək sexinin əməkdaşları məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət də ediblər. Amma agentlikdən sahibkara cərimələrin qanuna uyğun şəkildə tərtib edildiyni deyiblər. Lakin Millət vəkili Çingiz Qənizadə deyir ki, zəruri qida məshulu verən avtomobillərə güzəşt edilməlidir.

Millət vəkili deyir ki, zəruri ərzaq daşıyan avtomobillərin qadağan olunmuş ərazidə dayanması üçün, komitə iclasında inzibati xətalar məcəlləsinə güzəştlərin əlavə edilməsi müzakirə edilə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR