“Facebook”da transgenderin şəklini yayan AZAL əməkdaşı KİMDƏN ŞÜBHƏLƏNİR?

29-05-2019, 22:24 247 dəfə baxılıb

“Facebook”da transgenderin şəklini yayan AZAL əməkdaşı KİMDƏN ŞÜBHƏLƏNİR?


“Facebook”da transgenderin şəklini və şəxsi məlumatlarını yayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş əməkdaşı Nazilə Muradova üzr istəyib.

Open.az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında yazıb.

“25 may 2019-cu ildə “Facebook” səhifəmdə bir vətəndaşın şəxsiyyət vəsiqəsi mənim tərəfimdən paylaşılıb və bir müddət sonra onu silmişəm. Qəbul edirəm ki, mənim tərəfimdən edilmiş bu davranış etik baxımdan düzgün deyildi. Bunu etməkdə heç bir hüquqa sahib deyildim.

Səbəb olduğum bu xoşagəlməz hadisədə öncəliklə o insandan, cəmiyyətimizdən və həmçinin, Azərbaycan Hava Yolları şirkətindən çox üzr istəyirəm. Düşünülməmiş bu yanlış davranışıma görə cəzamı aldım.

Qeyd etmək istəyirəm ki, heç vaxt buna oxşar, ya bu şəkildə paylaşımlar etməmiş və cinsi azlıqlara qarşı çıxış etməmişəm. Məni tanıyan insanlar bilirlər ki, cinsi azlıqda olan insanlara qarşı həmişə müsbət yanaşmışam. Bu məsələni bu şəkildə sosiallaşdıran, o vaxt üçün dostluğumda olan, adını çəkmək istəmədiyim şəxsə müraciət etmək istəyirəm. Şəxsi məlumatı paylaşdığım insanı qorumaq sənin vətəndaşlıq haqqındır və əgər sənin niyyətin mənim bu davranışımı qınamaq idisə, bunu başqa yolla edə bilərdin. Lakin bundan sensasiya yaratmağı seçdin.

Nəticədə məndən başqa iki insan işdən azad edildi və “Azərbaycan Hava Yolları”nın reputasiyası qaralandı. Ümumi cəmiyyətimiz, hər birimiz qəbul edilmiş və müvəffəqiyyətli şəxsiyyət olmaq istəyirik. Lakin necə və hansı yollarla? Bugünkü günümüzdə yaxşıya da, pisə də yer var, həyat belə qurulub. Təəssüf ki, bu insan yaxşılığı tez unudub, hansı ki mənim ailəm onun çətin vaxtında ona dəstək olmuşdu. Tanrı hər birimizin hakimidir.

O ki qaldı müxtəlif xəbər portallarında ve “Facebook” səhifələrində mənim şəxsi şəkillərimin paylaşılmasına, sizin bu davranışınızın mənim etdiyimlə nə fərqi oldu? Siz bir insanın hüquqlarını qorumaq məqsədilə başqa insanın hüquqlarını heçə saydınız. Bu cür paylaşımlardan sonra mənə və ailəmə təhdid və təhqiredici mesajlar almağa başladım. Bu məsələni bu dərəcəyə gətirən “dost”, sənə ayrıca “minnətdaram.

P.S. Bir daha üzümü tutub hər birinizin anlayışınıza sığınaraq, qeyd etmək istəyirəm ki, hər kəs səhv edə bilər”.

Xatırladaq ki, AZAL-ın sabiq əməkdaşları transgenderlərin məlumatlarını yaymışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR