Bu müəllimlər yeni dərs ilindən müddətsiz müqavilə ilə işləyəcək

13-06-2019, 02:25 357 dəfə baxılıb

Bu müəllimlər yeni dərs ilindən müddətsiz müqavilə ilə işləyəcək

BŞTİ-dən daxil olan məlumata görə, 790 nəfər daimi əsaslarla işə qəbul olunub.

Bundan başqa, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib.

Müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1210 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.

269 nəfər müəllimin iş yeri daimiləşib. Onların 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib.

995 müəllimlə isə müddətli müqavilə bağlanıb. Onlardan 492 nəfəri əvvəlki illərdə, 503 nəfəri isə cari tədris ili ərzində çalışmanın yaş həddinə çatmış şəxslər olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR