Murada cinayət işi də açıla bilər – Vəkil

14-06-2019, 10:10 240 dəfə baxılıb

Murada cinayət işi də açıla bilər – Vəkil



Şair-yazıçı Murad Köhnəqalanın maddi vəziyyəti pisdirsə, məşğuliyyəti, gəliri, maaşı yoxdursa, qanunvericiliyə görə həbs oluna bilməzdi.

Bu sözləri Axar.az-a şair-yazıçı Murad Köhnəqalanın həbsinə münasibət bildirən hüquqşünas Aqil Layıc deyib. O bildirib ki, qanunvericilikdə şəxs alimenti ödəməkdən qəsdən boyun qaçırtdıqda həbs olunur:

“Şəxsin sosial vəziyyətindən asılı olmayaraq, alimentin ödənilməsi məcburidir. Lakin burada obyektiv və subyektiv məsələləri nəzərə almaq lazımdır. M.Köhnəqalanın əgər həqiqətən iş təminatı yoxdursa, işləmirsə, alimentin qəsdən ödənilməməsindən söhbət gedə bilməz. Sosial şəbəkələrdə yayılan məlumata görə, Murad Köhnəqala işləmir. Konstitusiyada da qeyd olunub ki, şəxsin əməlində qəsd xüsusiyyətləri olmalıdır. Yəni qanunvericiliyə görə, şəxsin imkanı var və aliment ödəməkdən yayınırsa, əmlak göstəricilərini gizlədirsə, yəni məhkəmənin qərarını qəsdən icra etmirsə, cinayət və eyni zamanda inzibati məsuliyyətə cəlb oluna bilər. Hazırda İnzibati Xətalar Məcəlləsinin müvafiq qərarına əsasən məhkəmənin qərarını icra etmədiyi üçün həbs edilən Murad Köhnəqala alimentin ödəməkdən qəsdən boyun qaçırıbsa, ola bilsin ki, növbəti gedişatda ona cinayət işi də açılsın”.

Qeyd edək ki, M.Köhnəqala haqda keçmiş həyat yoldaşı və qızının aliment tələbini ödəmədiyi üçün 15 sutkalıq inzibati həbs qərarı verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR