Maaşı artmayan müəllimlər kimlərdir: - “9 minin ya diplomu yoxdur, ya saxtadır...”

19-06-2019, 18:37 318 dəfə baxılıb

Maaşı artmayan müəllimlər kimlərdir: - “9 minin ya diplomu yoxdur, ya saxtadır...”


Yeni tədris ilindən müəllimlərin orta aylıq əməkhaqqı 605 manata yüksələcək.

Ölkə başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb. Bu məqsədlə illik büdcədən 240 milyon manat xərclənəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, əməkhaqqıda artım dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil ediləcək. Belə ki, aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması 160 min müəllimin əməkhaqqına təsir edəcək.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya açıqlamasında deyib ki, sərəncam orta məktəb və peşə məktəblərində çalışan müəllimlərə aiddir: “Bu gün ölkədə 4472 orta məktəbdə 151 min, peşə məktəblərində isə 8 min müəllim çalışır ki, artım bu müəllimlərə şamil olunacaq”.

Ekspert onu da əlavə edib ki, 151 min müəllimdən yalnız 142 mini diaqnostik qiymətləndirmədən keçib: “Qalan hissəsinin diplomu ya yoxdur, ya saxtadır, ya da dövlət nümunəli deyil”.

Məlumat üçün bildirək ki, 51 universitetdə 26 min, 1672 uşaq bağçasında isə 16 min müəllim çalışır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR