Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB

15-07-2019, 13:39 375 dəfə baxılıb

Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB


Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

Çox hörmətli Prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur.

Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

A.Rəhimovaya bizim qanuni əsaslarla tikdirdiyimiz 37 saylı mənzilin ələ keçirilib, satılmasında keçmiş MTN-nin zabiti Bağırlı Rasim Yusif oğlunun, ona hüquqi yardım edən Abdullayev Loğman Qüdrət oğlunun, eləcə də Məmmədov Tofiq Yaqub oğlu, Məmmədov Elxan Məmməd oğlunun rolu olmuşdur. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, Yasamal rayon Məhkəməsinin sədri Ələddin Cəfərov Azərbaycan Respublikasının yuxarı instansiya məhkəmələrində yüksək vəzifə tutmuş bir qrup məsul şəxslərin tapşırıqlarını icra edərək, qanunsuz və əsassız qətnamələr çıxarmışlar.

Elə bunun nəticəsidir ki, mən və oğlum 1998-2003-cü illərdə “Memar-3” MTK-da pay hüququ ilə tikdirdiyimiz 37 saylı mənzili və digər ümumi birgə əmlaklarda şəxsi və miras mülkiyyət hüquqlarımızı qanunsuz və əsassız şəkildə itirməli olmuşuq.

O vaxtdan hazırki dövrədək - artıq 11 ildir ki, məhkəmə mübahisələrinə cəlb olunmuşam. Bu müddətdə bu mütəşəkkil dəstənin fəaliyyəti barədə 30 dəfə Prezident Aparatı Hüquq Mühafizə Şöbəsində qəbul olunaraq ərizə və müraciətlər etmişəm. Qəbulum üçün Bakı Apellyasiya Məhkəməsi sədri İ.Nağıyevə siyahılar göndərilsə də, o, məni qəbul etməkdən imtina etmişdir. Lakin Apellyasiya şikayəti üzrə iş №2(103)-5480/2015 saylı 02 noyabr 2015-ci il tarixli qətnamə qəbul edilərkən, o, öz təşəbbüsü ilə məni iş otağında qəbul edərək, bu mənzil barədə mübahisə aparmamağımı və ondan əl çəkməyimi, ilkin ödədiyim pulu alıb, mülki işdən geri çəkilməyimi tələb etdi.

Mənə bir daha aşkar oldu ki, “Memar-3” MTK-nın sədri A.Rəhimovanın etiraf edərək dediyi kimi “Memar-3” MTK-da 37 saylı bizə mənsub mənzil formal olaraq Məmmədov Tofiq Yaqub oğlu və Məmmədov Elxan Məmməd oğlunun adına təkrar-təkrar keçirilmişdir. Əsl həqiqətdə isə etiraf olunaraq deyildiyi kimi, bu evin əsl sahibi, Bakı Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyevdir.

“Memar-3” MTK-da mənzilin addan-ada keçirilməsinə dair kooperativin ümumi yığıncağı keçirilmədən 3 sayda saxta protokol-çıxarış və qərarlar tərtib olunmuş, evə dair mübahisə məhkəmə icraatında və istintaqda olarkən qərəzli olaraq, formal görüntü yaradılaraq təkrar-təkrar satılaraq, pulu ələ keçirilib talanmışdır.

Möhtərəm Prezident!

Bu hərəkətləri təsdiq edən onlarla məhkəmə qətnamə, qərardad və qərarları olmuşdur. Mübahisələr üzrə 2008-ci ildən bu günə kimi 30 dəfədən çox Sizə ünvanladığım ərizə və müraciətlərin bir hissəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatına göndərilmiş, orada 24 dəfə adım qəbul siyahısında olsa da Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev məni əvvəlcə qəbul etməmiş və son anda yeni müraciət əsasında qəbul edərək dinləmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanunsuz və əsassız qətnaməsi birinci kassasiya üzrə, ikinci kassasiya üzrə və üçüncü kassasiya şikayətləri əsasında ləğv edilərək, yenidən 4-cü dəfə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına qaytarılmışdır. Yenidən dördüncü Apellyasiya baxışı təmin edilmişdir.

Artıq bütün bu hərəkətlər onu deməyə əsas verir ki, Bakı Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyev qulluq mövqeyindən sui-istifadə edərək məhkəmə hakimiyyətindən alət kimi öz zorakı gücü ilə “Memar-3” MTK-da tikdirdiyimiz 37 saylı mənzili Ali məhkəmənin qərarlarının və Konstitusiya məhkəməsi plenumunun iş barədə xüsusi qərarının məcburi göstərişlərini saymamış və öz şəxsi malı kimi özünə mülkiyyət əldə etmişdir.

Hazırda isə bu planın tərkib hissəsinə daxil olaraq Azərbaycan Respublikasının 2-ci instansiya Bakı Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyev yüksək vəzifəli şəxslərlə əlaqəyə girərək, tutuduqları qulluq mövqeyindən sui-istifadə edərək, silsilə şəkildə qanunsuz məhkəmə qətnamələri çıxarılmasını icra etdirərək, bizim şəxsi, miras və “Memar-3” MTK-da 37 saylı kooperativ ev mülkiyyət hüquqlarımızı əlimizdən alaraq onu kobud şəkildə pozmuş, həmin mülkiyyəti şəxsi ev əmlaklarına çevirmiş və onu hal-hazırda pozmağa da davam edir.

Tərəflər arasında mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103)6309/2016 saylı, 25 iyul 2016-cı il tarixli qanunsuz və əsassız qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına tərəfimizdən Kassasiya şikayəti verilmiş və Ali məhkəmə Mülki kollegiyanın 01.03.2017-ci il tarixli qərarı ilə ləğv edilərək, üçüncü dəfə apellyasiya baxışına qaytarılmış apellyasiya şikayəti 3-cü dəfə təmin olunmadan iş №2(103)-579/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qətnamə çıxarılmışdır.

Mübahisə predmeti barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinin №2 (004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli qətnamədən Apellyasiya şikayəti baxışı üzrə 3-cü Apellyasiya baxışına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının №2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qətnamədən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı fiziki şəxslər Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Nəticədə ona dair Ali Məhkəmə Mülki Kollegiyasının 2(102)-1200/2018 saylı, 27 fevral 2018-ci il tarixli Qərarla ləğv olunaraq yenidən 4-cü Apellyasiya baxışına qaytarılmışdır.

Eyni zamanda mübahisə predmeti barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinin №2(004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti baxışı üzrə 3-cü Apellyasiya baxışına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının №2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qərardaddan ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı fiziki şəxslər Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu kassasiya şikayəti vermək məcburiyyətində qalmışlar.

Mübahisə predmeti barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinin №2(004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli qətnamədən 3-cü Apellyasiya şikayəti baxışı üzrə “qarşılıqlı iddiaçıların iddia tələblərinin həcminin artırılması barədə adlandırdıqları ərizənin qəbulundan imtina edilsin” kimi qəbul edilən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının №2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qərardaddan verilmiş Kassasiya şikayətinin geri qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının №2(103)-5791/2017 saylı, 13 dekabr 2017-ci il tarixli Qərradaddan ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı fiziki şəxslər Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu kassasiya şikayəti verməli olmuşlar.

Bakı şəhəri Yasamal rayon Məhkəməsnin iş barədə 15 aprel 2015-ci il tarixli Qətbaməsindən 4-cü Apellyasiya şikayət baxışına baxılaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim-sədr, möhtərəm: Eyvazov Rafael Əmir oğlu, hakimlər Kazımov Elşən Cələləddin oğlu və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə) 2(103)-5519/2018 saylı, 10 iyul 2018-ci il tarixli qətnamə ilə Apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarili qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmışdır.

İlk iddia təmin olunmamış, qarşılıqlı iddia qismən təmin edilməklə yeni qiymətləndirmə aparılmışdır.

Hazırda iddiaçı və qarşılıqlı iddiaçı subyekt tərəfləri bu qətnamədən də narazı qaldıqları hüquq pozmalarına dair hesab etdikləri hissələrdən Ali Məhkəmə Mülki Kollegiyasına Kassasiya şikayəti vermişlər.

Bizə qarşı hüquqa zidd fəaliyyətin davam etdirilməsi xüsusatları barədə nəzərinizə çatdırırıq ki, ilkin qaldırılmış məhkəmə iddialarında bu qüvvələr əvvəllər öz xeyrinə qətnamə çıxarsa da, mənim Azərbaycan Respublikaısnın Konstitusiya məhkəməsinin Plenumuna şikayətim təmin olundu, işə yenidən baxan Ali Məhkəmənin Plenumu Aidə Rəhimovanın xeyrinə olan Ali Məhkəmə Mülki Kollegiyasının və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərar və qətnamələrini ləğv edərək, yeni apellyasiya baxışına göndərdi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında mənim apellyasiya şikayətlərim təmin olundu və “Memar-3” MTK-nın sədri Aidə Rəhimovanın kooperativ mənzil barəsində (37 saylı) bütün tələbləri ləğv edərək rədd edildi və qüvvədən düşdü.

İşin sonrakı pillələrində məlum oldu ki, “Memar-3” MTK-nın sədri Aidə Rəhimova mənim şikayətlərim, Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin Plenumunun icraatında və baxışında olarkən uduzuğunu müəyyən edərək gizlin yolla kooperativin bir gündə 3 saxta formal görüntü yaradan protokolunu tərtib edərək (əslində iclas keçirmədən) bizim şəxsi pay hüququ ilə tikdirdiyimiz 37 saylı mənzili Məmmədov Tofiq Yaqub oğlu adlı şəxsə verilməsinə dair və Musayev Vahid İsa oğlunun isə xaric edilməsinə dair özbaşınalıq hərəkətlərini icra etmişdir”.
\\ Hurriyyet.org \\


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR