Azərbaycanda uşaqlara qoyulan serial adları - Miran, Əsma, İlayda, Cansu...

30-07-2019, 10:38 285 dəfə baxılıb

Azərbaycanda uşaqlara qoyulan serial adları - Miran, Əsma, İlayda, Cansu...


Azərbaycanda son dövrlərdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb.

Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalara görə, son dövrlərdə uşaqlara daha çox Türkiyə seriallarından götürülmüş adlar verilir.

Belə adlar daha çox qız uşaqlarına qoyulur.

Yalnız bu il ərzində Əsma 259, Damla 253, Miray adı 226, Nur 220, Melisa 186, Aişə 109, Milana 84, Elif 82, Elay 78, Selcan 70, Milay 66, Selin və Sunay 62, Əsra 54, Əsmanur və İlayda 49, Cansu adı isə 42 qıza qoyulub.

Oğlanlara gəldikdə isə bu il 183 uşağa Fateh, 194-nə Onur, 77-nə Renat, 70-nə Miran, 65-nə Turqut, 49-na isə Harun adları qoyulub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR