Preezident daha bir jurnalistin müalicəsini nəzarətə götürdü

6-08-2019, 20:47 280 dəfə baxılıb

Preezident daha bir jurnalistin müalicəsini nəzarətə götürdü
Jurnalist Etibar Toğrulun müalicəsi ölkə prezidenti tərəfindən nəzarətə götürülüb.
Azerinfo.tv xəbər verir ki, bu haqda jurnalist özü sosial şəbəkədə məlumat yayıb:
"Təşəkkür edirəm cənab Prezident!

May ayının 1-dən əziyyət çəkdiyim kardiolojı xəstəliyimin müalicəsi və əməliyyatı ölkə prezidenti İlham Əliyev tərəfindən nəzarətə götürülüb.
Bu günlərdə bu barədə Səhiyyə Nazirliyinə xüsusi göstəriş verilib. Səhiyyə Nazirliyi isə bu sahədə ixtisaslaşmış kilinkaya tapşırıq verib.
Səhiyyə Nazirliyinin Ümumi şöbəsinin müdiri L.Əlizadə tərəfindən imzalanıb mənə göndərilən məktubda tam müalicəm və əməliyyatım dövlət hesabına həyata keçiriləcəyi bildirilib.
Mən artıq kilinkadayam və bu saatlarda angioqrafiya müayinəsindən keçəcəm və ondan sonra əməliyatın vaxtı müəyyənləşəcək.
Xüsusi diqqətə, qayğıya və dəstəyə görə cənab Prezidentə və onun Administrasiyasına məni sevənlər adından dərin təşəkkürümü bildirirəm."


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR