““Uşaq pulu”nun bərpası mümkünsüzdür” - Ekspert

10-09-2019, 14:17 345 dəfə baxılıb

““Uşaq pulu”nun bərpası mümkünsüzdür” - Ekspert


“Azərbaycanda “uşaq pulu” bərpa edilə bilməz”.

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Yadigar Nağıyev deyib.

O, ölkəmizdə “uşaq pulu”nun bərpa edilməsinin mümkünsüzlüyü ilə bağlı bir neçə əsaslandırmalarla çıxış edib:



“1. Azərbaycan ərazi cəhətdən böyük deyil.

2. Yeni-yeni yaranan kargüzarlıq mədəniyyəti və qlobalizm tam oturuşmadığından işsizlik problemi qeyri-işsizlik (öz ailəsini işlədib vergidən yayınan fermer və sahibkar) olduğundan və 10 milyonun aktiv işləyəcək insanlarına tam iş yerlərinin çatmaması halları.

3. Gənclərin çoxluq təşkil etməsi və yaxın zamanda iş tələbatının yaranacağı.

4. Təhsil sahəsində inkişaf proqramının tam başa çatmaması və s.

5. Azərbaycanda bəzi bölgələrdə dinin və adət-ənənə təsirilə 5-6 uşaq dünyaya gətirilməsi, məhz bunlar əsas məsələlərdir”.

Politoloq hesab edir ki, “uşaq pulu” o zaman bərpa edilə bilər ki, ölkədə əhali artımı, hər ailəyə ən azı 1 uşaq düşsün, təhsilli əhalinin sayı artsın və gənc nəslin sayı azalsın. Bəs, “uşaq pulu”na sahib ölkələrdə fərq nədir? Məsələn, Almaniyada gənc nəslin azalıb, yaşlı nəslin çoxalması, yaşlılara ayrılan yardımların gənclərin zəhməti üzərindən gələn gəlir olması bu ölkəni məcbur edir ki, miqrantları dəvət etsin və ailələrə uşaq pulları verərək əhalini çoxaltsın”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR