“Məni xilas edən həkimlərə minnətdaram cənab nazir”

11-09-2019, 18:16 551 dəfə baxılıb

“Məni xilas edən həkimlərə minnətdaram cənab nazir”



Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Son illər səhiyyənin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir.

Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub.

Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.


Bununla yanaşı tibbi personalın vətəndaşlarla münasibəti və rəftarı vətəndaşlarda dövlətçiliyə inamı artırır.
İmişli rayonu, Mikayıl Müşfiqev 134 –də yaşayan Uluxanov Elnur Zakir oğlu saytımız vasitəsilkə Səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkür məktubu ünvanlayıb.
Azerinfo.tv olaraq həmin məktubu olduğu kimi dərc edirik:




“Məni xilas edən həkimlərə minnətdaram cənab nazir”




“Minnətdarlıq

Hörmətli Cənab Nazir !!!
Yazıb Sizə bildirirəm ki, bel-onurğa yırtığı ,sinirsıxılması xəstəliyiilə 3 ilə yaxınidi ki , əziyyət çəkirdim.Bununla bağlı mənim müraciət etmədiyim yer qalmadı. Nəhayət Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahlıq Xəstəxanasına səhhətimlə bağlı müraciətetdim. Baş həkim, Neyrocərrah Dadaşov Kabus Məhərrəm oğlunun qəbuluna düşdüm. Mən onun yüksək mədəniyyətinə, savadına, insanlarla səmimi münasibətinə heyran oldum. İnana bilmədimki, belə həkimlərimiz var!!! Mən təmənnasız olaraq əməliyyat olundum. Bu gün ayaqüstə dayanmağım isə məhz vicdanlı həkimlərimizin xidmətidir!!!Həkimlərdən xüsusilə Rasim həkim, Elçinə də öz minnətdarlığımı bildirirəm.Ən əsası odurki, Dövləti təmsil edən , Səhiyyə Nazirliyiniin adını üca tutan şəxs tək mənə deyil digər şəxslərlə də, fərq qoymadan eyni münasibətdəidir.
Onun vətəndaşlarla səmimi münasibəti məni çox sevindirdi.Açığı mən heç bir həkimin belə səmimi münasibətinə rast gəlməmişdim.
Hörmətli Nazir!!!
Mənə önəmli onun vətəndaşlarla insane münasibətidir.Var olun ,cənab Nazir!!! Belə həkimləri qorumq lazımdır!!! Ən azından Dövlətin ,Səhiyyə Nazirliyini təmsil edib ,onun adını uca tutmaqla oturduğu kresloya hörmətlə yanaşdığına görə!!!
Eşitdiyimə görə kimdənsə minnətdarlıq yazanda həmin şəxsi çağırıb incidirlər.
Allah xatirinə bunu mən öz daxil irahatlığım xatirinə etdim.Sizin diqqətinizə çatdırmaq naminə etdim.Sadəcə diqqətinizə çatdırmaq istəyirəm ki, belə savadlı kadrları qoruyub saxlamaq lazımdır!!!
Var olun, sağ olun, cənab Nazir!!! Allah Sizə yardımçı olsun!!!

İmza: Elnur Uluxanov”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR