Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək

15-10-2019, 13:31 371 dəfə baxılıb

Evi olanlarla bağlı yeni qanun - Bunu etməyənlər cərimələnəcək

2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması qaydaları qüvvəyə minəcək.
XəzərXəbər xəbər verir ki, artıq bir neçə müddətdir evlərə daşınmaz əmlakın icbari sığortası barədə bildirişlər gəlir. Ev sahiblərinin indidən evləri hansı sığorta şirkətinə əmanət etməsi barədə düşünməsi lazımdır.

Qeyd edək ki, indiyə qədər daşınmaz əmlakın sığortsı yalnız hüquqi şəxslərə aid idisə, indi həm hüquqi, həm də fiziki şəxslər evlərini icbari qaydada sığortalatmalıdırlar.

Bu günə qədər sığorta müqaviləsi əmlakın alqı-satğısı, bağışlanması zamanı yada düşürdü. Azərbaycanda bunu edəcək 12 sığorta şirkəti var. Ölkə qanunvericiliyinə görə, heç kim hər hansı şirkətlə müqavilə bağlamağa məcbur edilmir, sığorta şirkətini hər kəs könüllü seçir. İcbari Sığorta Bürosu isə hər bir halda bağlanmış bütün müqavilələrə nəzarət edən və sığorta bağlamış vətəndaşların hüquqlarını qoruyan qurumdur.

İndiyədək daşınmaz əmlakın məcburi qaydada olmaması bu prosesin elektronlaşmaması ilə bağlı idi, bu ilin sonunda bu proses başa çatacaq.



İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, indi elektron qeydiyyat başa çadıqdan sonra ünvanı yazmağa ehtiyac olmayacaq, hər əmlakın unikal kodu əsasında sığorta şəhadətnaməsi hazırlanacaq.

Qiymətlərə gəlincə onu deyə bilərik ki, Bakıda və Abşeronda 50 manat müqabilində 25 min manatlıq sığorta paketi təklif olunur. Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat müqabilində 20 000 manatlıq,digər yaşayış məntəqələrində 30 manat müqabilində 15 000 manatlıq paket əldə etmək mümkün olacaq. Qaydalara əməl etməyənləri 30 manat cərimə gözləyir. 20 gün ərzində müqavilə bağlanmasa yenidən 30 manat cərimə tətbiq ediləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR