İmişlidə sakinləri dinləyən yoxdur... - Müraciət...

28-10-2019, 14:07 272 dəfə baxılıb

İmişlidə sakinləri dinləyən yoxdur... - Müraciət...


İmişli rayon sakinləri sahibsiz küçə itlərinin vətəndaşlara və onların əmlaklarına hücum etməsi ilə bağlı Faktxeber.com-a yazılı müraciət ünvanlayıblar. Aidiyyatı qurumlara ünvanlanan şikayəti olduğu kimi dərc edirik:

"İmişli şəhər M.Müşfiq küçəsində 7-8 sahibsiz it hər gün rayon sakinlərinə hücum edir. Bununla bağlı İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə dəfələrlə şifahi məlumat versək də heç bir tədbir görməyiblər. Son zamanlar həmin sahibsiz itlər aqressivləşərək həyətlərə girib mal-qaraya hücum edirlər. 4-5 gün əvvəl bizim həyətimizə girərək xırda buynuzlu eyvanlara saldırıb bir keçini dişləyib, ətin qopardı. Səhəri gün yenə aidiyyatı qrumlara, hətta 102 xidmətinə məlumat versəm də nə gələn oldu nə də xəbər alan. Həmin heyvanı ayırıb aqibətin gözlədik indicə əcgaib, qorxulu səs çıxarıb, yerdə eşələnərək öldü. Bu heyvanların quduzlaşması deməkdir.

Qeyd edim ki, həmin itlərin toplaşdığı ərazi məktəblilərin və sakinlərin ən qaynar gediş-gəliş yeridir. Qorxumuzdan uşaqları məktəbə hər gün taksiylə göndəririk. bu da bizə hər günü 4-5 manata başa gəlir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR