Robert Köçəryan Qarabağın qondarma rejimi ilə təmaslarını sıxlaşdırır

24-08-2018, 10:29 517 dəfə baxılıb

Robert Köçəryan Qarabağın qondarma rejimi ilə təmaslarını sıxlaşdırır


Bako Saakyan və onun quldurları fors-major situasiyanı gözləyirlər
Robert Köçəryan Ermənistanda siyasətə qayıdacağını elan etdikdən sonra onun Qarabağ ermənilərini indiki hakimiyyətə qarşı hazırlamaq niyyətində olduğu barədə informasiyalar çoxalıb.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Köçəryan barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət verən qruplardan biri də qondarma “respublika”nın “parlamenti”nin 15 “deputat”ı olub.

Qarabağın erməni icmasını təmsil edənlərin dilindən hətta vətəndaş müharibəsi ilə bağlı təhdidlər gəlməyə başlayıb.

Məsələn, Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsaqulyan indiki hakimiyyəti “inqilabçı” və ya “əks-inqilabçı”lara bölməməyə çağırıb. O, Paşinyan iqtidarının Qarabağla bağlı hər hansı bir güzəştə getməsi təqdirdə vətəndaş müharibəsinin başlanacağını söyləyib.


Qondarma “DQR”-in “parlament”inin “deputat”ı Ayk Xanumyan ru.1in.am saytına Qarnik İsaqulyanın bu bəyanatını boş yerə söyləmədiyini bildirib.

“İsaqulyan “DQR”-in (qondarma-red.) Ermənistandakı “daimi nümayəndəliyi”nin müşaviridir. Fikirləşirəm ki,o Qarabağdakı erməni hərbi komandirlərlə də görüşüb. Hazırda Bako Saakyan (qondarma rejimin “başçısı”) və onun “generalları” əvvəlki vəziyyəti bərpa, habelə köhnə dövrlərdə olduğu kimi, dövlət büdcəsini talamağa, silahlı gücün qeyri-qanuni olaraq tətbiqinə, işgəncələrə davam etmək üçün fors-major situasiyanı güdürlər. Bütün bunlar olduqca real söyləntilərdir. Lakin mən bunu Robert Köçəryanın deyil, Serj Sərkisyanın adı ilə bağlayardım. Çünki Serj Sərkisyan bu yaxınlarda Dağlıq Qarabağda olub və burada onun ətrafında hərbçilər toplanıb, onunla nahar ediblər, müxtəfli kilsələrə baş çəkiblər. Fikirləşirəm ki, onlar elə Serj Sərkisyandan müxtəlif göstərişlər də alırlar. Görünür, bu insanlar üçün Nikol Paşinyan öz hakimiyyətləri üçün təhdid sayılır”, - Ayk Xanumyan deyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR