Bakıda 35 manata sayt alan şəxsin başına iş gəldi

9-10-2018, 21:36 344 dəfə baxılıb

Bakıda 35 manata sayt alan şəxsin başına iş gəldi


Bakıda 19 yaşlı oğlan üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

36-cı Polis Bölməsinə müraciət edən 1999-cu il təvəllüdlü İmanzadə Nicat Nəriman oğlu bildirib ki, tanışından 35 manata sayt alıb. Belə ki, daha əvvəl tanış olduğu Nicat adlı şəxs N.İmanzadəyə həmin pulun qarşılığında ona sayt verəcəyinə söz verib. Lakin gənc oğlan Zığ yolundakı “MilliÖN” aparatı vasitəsi ilə həmin şəxsin hesabına pulu köçürsə də, o, vədinə əməl etməyərək saytı təhvil verməkdən boyun qaçırıb.

Müraciət əsasında araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR