Saakyan Laçın, Qubadlı və Zəngilana yeni “icra başçısı” təyin etdi

17-10-2018, 14:50 475 dəfə baxılıb

Saakyan Laçın, Qubadlı və Zəngilana yeni “icra başçısı” təyin etdi


Ermənistan prezidenti Azərbaycanın işğal altındakı torpaqlarına səfərindən qayıtdıqdan sonra Xankəndindəki qondarma, separatçı, terrorçu rejimin başçısı Bako Saakyan Laçın rayon mərkəzinə yollanıb.

Moderator.az xəbər verir ki, oyuncaq erməni lider “Berdzor” adlandıırımış Azərbaycan şəhərində “Kaşataq rayonu”(Laçın, Qubadlı, Zəngilan və qismən Cəbrayıl rayonlarının daxil edildiyi qanunsuz inzibati ərazi) administrasiyasında müşavirə keçirib. Müşavirədə Azərbaycanın Laçın, Qubadlı və Zəngilan rayonları ərazisini zəbt etmiş ermənilərə faktiki başçılıq edən Suren Xaçatryan öz ərizəsi əsasında vəzifəsindən azad edilib. Uzun illər “vəzifəsini layiqincə icra etdiyinə” görə S.Xaçatryana təşəkkür edən B.Saakyan “rayon” rəhbərliyinə onun yerinə təyin etdiyi Stepan Sərkisyanı təqdim edib.



Müşavirədən sonra qondarma rejim başçısı Laçında yeni tikilməkdə olan xəstəxanadakı işlərlə tanış olub və Həkəri çayı üzərində qurulmağa başlanan təzə su elektrik stanisyasına baş çəkib.
Qeyd edək ki, Azərbaycanın işğal altındakı 3 rayonunu əhatə edən qanunsuz inzibati əraziyə faktiki yeni icra başçısı təyin olunan Stepan Sərkisyan neçə illərdir Laçına köçüb yaşayan və Amerikada yaradılmış “Hayrenaser” xeyriyyə təşkilatı vasitəsi ilə bu ərazidə tikinti və bərpa işləri ilə məşğul olan ABŞ vətəndaşıdır. Moderator.az S.Sərkisyanın Laçında yeni xaç abidəsi qoydurması, bina zirzəmilərində hava hücumundan müdafiə üçün mülki sığınacaqlar, məktəblər, evlər və s. tikdirməsi haqda xəbərlər verib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR