Quba TŞ-nə qarşı qarayaxma kompaniyası kimə lazımdır?

14-12-2018, 16:16 437 dəfə baxılıb

Quba TŞ-nə qarşı qarayaxma kompaniyası kimə lazımdır?


Son 6 ayda ölkəmizdə baş verən bəzi hadisələr (Mingəçevir İES-də qəza, Gəncə ŞİH başçısına su-qəsd və s.) zamanı media məkanında çoxdan bəri müzakirə etdiyimiz problemlər daha da kəskinləşdi. Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.

Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.

Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib. Məsələn son vaxtlar Quba Rayon Təhşil Şöbəsinin müdiri Rüfət Hacıyevlə bağlı müxtəlif tipli informasiyalar yayılır. Onu korrupsiyada və sair etmədiyi qanunsuzluqlarda ittiham edirlər.Halbuki hamı bilir ki, o bu vəzifəyə məktəb direktorluğundan gəlib. İşlədiyi müddətdə adı heç bir qanunsuzluqda hallnmayıb. Gənc və perspektivli kadr kimi az müddət ərzində təhsilin səviyyəsin yüksəldib.

Bəs onu kimlər hədəfə alır və niyə. Səbəb sadədir. TŞ-nin əvvəlki rəhbərliyi. Loğman Müslümov adlı bu şəxs haqda məlumat toplamaq çox asandır. Adını axtarışa verin, onlarla saytda onun korrupsi faktları haqda yazılar var. Qanunsuzluqları o qədər çox olub ki, gizlətmək belə mümkün olmayıb. Bununla belə itirdiyi ancaq işi olub, çoxsaylı biznesini qoruyub saxlayıb.

Bir haldakı bu quruluşda vəzifədən uzaqlaşdırılan şəxs bir daha əvvəlki işinə bərpa olmur, yəni dövlətin etibarın itirdinsə daha şans verilmir. Bəs bu halda TŞ-nin yeni rəhbərliyinə qarşı bu kompaniya nəyə lazımdı? Sual açıq olaraq qalır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR