Lerikin icra başçısı onların heç bir tələbini dinləmir...

26-12-2018, 15:38 354 dəfə baxılıb

Lerikin icra başçısı onların heç bir tələbini dinləmir...


Lerikin Şivlə, Biləvər və Geskön kəndləri etiraza başlayıblar.

Bu barədə AzToday.az-a rayon sakilər məlumat veriblər.

Onlar bildiriblər ki, Lerikin icra başçısı Rövşən Bağırov 3 kəndi susuz qoyur.

Sakinlər bununla bağlı dəfələrlə Prezident Adminstrasiyası, “Azərsu” ASC, Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar, etirazlarını bildiriblər.

Onlar deyirlər ki, kəndlərin istifadə etdiyi “Şüpək” meşə massivindəki su qonşu kəndlərə aparılacaqsa, bu kəndlər köçmək təhlükəsi ilə üz-üzə qalacaqlar və eyni zamanda böyük bir meşə massivi də quruyub sıradan çıxacaq.

Sakinlər iddia edirlər ki, icra başçısı Rövşən Bağırov zorla suyu icra başçısının müavini Habil Məlikovun kəndinə aparır.

Yaxın günlərdə Prezident Adminstrasiyasına gələcəklərini deyən sakinlər qeyd ediblər ki, icra başçısı onların heç bir tələbini dinləmir, hətta zor tətbiq etməklə hədələyir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR