Bərdə Diaqnostika Mərkəzi pullu sistemə keçib?

27-12-2018, 18:32 425 dəfə baxılıb

Bərdə Diaqnostika Mərkəzi pullu sistemə keçib?

Azərbaycanın bir çox rayonlarında səhiyyənin durumuna ağlamaq lazımdır. Baş həkimlər, həkimlərin səriştəsizliyi onlarla insana həyatı bahasına başa gəlib. Bir o qədər insan da ya şikəst qalıb, ya da dərdinin əlacını başqa yerlərdə axtarmalı olub.

Sizinxeber.com-a verilən məlumata görə Bərdə camaatı da eyni aqibətlə üz-üzədir. Buna səbəb isə rayon Diaqnostika Mərkəzində baş verən özbaşınalıqlardır. Məlumatlara görə, mərkəzin baş həkimi Həsən həkim sözün həqiqi mənasında camaata qənim kəsilib. Onun həkimlərinin tutarlı savadlarının olmaması səbəbindən insanlara yazılan müalicələrin böyük qismi effekt vermir. Boş-boşuna ressept yazan bu həkimlər bəzən müayinə etmədən belə diaqonoz qoyurlar. Nəticədə, orqanizmdəki xəstə yer bir kənara qalır, sağlam yerin müalicəsi aparılır ki, bu da həmin insana bəzən bütün sağlamlığı səbəbinə başa gəlir.

Baş həkim Həsən Hüseynovun yaratdığı mühit və idarəçilik sistemi pul üzərində qurulub. Pulsuz xidmət göstərməyən diaqnostika nə Səhiyyə Nazirliyindən, nə də ölkə rəhbərliyindən çəkinir
Əslən naxçıvanlı olan baş həkim heç kimi saymır, kobud danışığı ilə insanları acılayır, müraciətlərə baxmır.
Bu mərkəzdə hər şey pulludur. Qapıdan girəndən, çıxana qədər hər yerdə pul verməlisən. Səbəbi aydındır, baş həkim günlük haqq yığır. Hətta süpürgəçidən də. Bərdə Diaqnostika Mərkəzində hər işin öz qiyməti var.
Məsələn, müayinə 10 manatdan başlayıb, 50 manata qədər yüksələ bilər. Cərrahiyyə əməliyyatı isə ayrı bir müsibətdir.
Buradan sağ çıxmaq bir ayrı dərd olsa da, pulu bəribaşdan alan həkimlərdə insaf deyilən şey yoxdur. Adi əməliyyatlar 400 manatdan başlayıb, 5000 manata qədər yüksələ də bilər.
Baş həkim Həsən doxdur bildirir ki, o nə edirsə, yaxşı edir, hətta əccəb də edir. Baş həkimin sözlərinə görə, ona kimsə bir şey edə bilməz. Çünki arxasında hakimiyyət dayanır. Hakimiyyəti də ona görə vurğulayır ki, əslən Naxçıvandandır və elə zənn edir ki, hər naxçıvanlının arxasında hakimiyyət dayanır. Daha anlamır ki, indii o dövr çoxdan gedib. Bu hakimiyyət üçün kimin haradan olması önəmli deyil. Önəmli olan işdir ki, Həsən həkim də onu bacarmır.


0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR