DİN icra hakimiyyətinə girən oğru ilə bağlı MƏLUMAT YAYDI

7-01-2019, 12:03 362 dəfə baxılıb

DİN icra hakimiyyətinə girən oğru ilə bağlı MƏLUMAT YAYDI


Yanvarın 5-də saat 22 radələrində Göyçay Regional Mühafizə Şöbəsindən Ucar rayonu ərazisindəki inzibati binaların birindən oğurluq edilməsi barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla xidməti otaqların birindəki seyfin kəsici alətlə qırılaraq pul oğurlamağa cəhd göstərildiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini Kənan İsmayılov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR