YAP-çı ağsaqqal Əvəz Zeynallını məhkəməyə verdi

15-01-2019, 08:40 329 dəfə baxılıb

YAP-çı ağsaqqal Əvəz Zeynallını məhkəməyə verdi


YAP Ağsaqqallar Şurasının Nərimanov rayonu üzrə sədri Miri Həsənov "Xural" qəzetinin baş redaktoru Əvəz Tapdıq oğlu Zeynallını və “Dental Klinika”nın direktoru Nəcəfova Şəfəq Allahverdi qızını xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə məhkəməyə verib.

AzNews.az-ın məlumatına görə, məhkəmənin hazırlıq iclası yanvar ayının 17-də Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, baş redaktorun məhkəməyə verilməsinə səbəb, 30 noyabr 2018-ci il tarixdə "Xural" qəzetində “Ağsaqqallar Şurasının sədri Miri Həsənov “Dental Klinika”nın damında bağ saldı” adlı məqalə verilməsi olub. Bu yazını isə YAP-çı ağsaqqal özünün şərəf və ləyaqətinin təhqir olunması kimi qiymətləndirərək məhkəməyə müraciət edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR