Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?.. - İLGİNC

16-02-2019, 23:17 452 dəfə baxılıb

Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?.. - İLGİNC

Azərbaycanın işğal altındakı Şuşa şəhərinin həbsxanasına qondarma rejim tərəfindən 2018-ci il ərzində 4 “xarici vətəndaş”ın salındığı məlum olub.

Bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Özünü separatçı-terrorçu rejimin “baş prokuroru” sayan Artur Mosiyan adlı məxluq fevralın 13-də keçirdiyi mətbuat konfransında sözügedən “xarici dustaq”lardan birinin Azərbaycan vətəndaşı Elnur Hüseynzadə olduğunu bildirib və onun bu yaxınlarda “azadlığa buraxıldığını” bildirib.

Mətbuat konfransında o da bəlli olub ki, Azərbaycan şəhərindəki türmədə Dilqəm və Şahbazdan savayı daha bir türkmənşəli müsəlman yatır. Belə ki, A.Mosiyan digər 3 xarici “dustaq”dan ikisinin Rusiya vətəndaşı olan erməni, birinin isə Özbəkistan vətəndaşı olduğunu qeyd edib.

Şuşa türməsində yatan özbək “dustağ”ın adı çəkilməsə də, onun işğal altındakı Azərbaycan ərazilərinə Ermənistan ərazisindən keçdiyi məlum olub. O, Xankəndində serial qarət və oğurluqlar törətdikdən sonra separatçı rejim mənsubları tərəfindən həbs edilib.

P.S. Qeyd edək ki, sözügedən məlumat yalnız 2018-ci ildə Şuşa türməsinə salınanlara aiddir. 1992-ci ildən bəri əsir saxlanılan azərbaycanlıların hamısının buraxılıb-buraxılmaması haqda isə dəqiq informasiya yoxdur. Odur ki, Şuşada Dilqəm və Şahbazdan savayı digər azərbaycanlı, eləcə də türkmənşəli başqa "dustaq"ların olma ehtimalı var. Bundan əlavə, azərbaycanlı əsirlərin işğal altındakı torpaqlarımızda və Ermənistandakı gizli əsir düşərgələrində, xüsusilə, qızıl, mis və s. mədənləri ərazilərində saxlanılması barədə də qeyri-rəsmi məlumatlar mövcudddur.
moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR