Bakıda 14 yerdə Novruz yarmarkaları açılır - ÜNVANLAR

4-03-2019, 13:15 339 dəfə baxılıb

Bakıda 14 yerdə Novruz yarmarkaları açılır - ÜNVANLAR

Novruz bayramı ilə əlaqədar olaraq Bakıda 14 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılır.

Novruz yarmarkaları Azərbaycan Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə martın 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün respublikanın bütün şəhər və rayon mərkəzlərində təşkil olunacaq.

S/s

Rayon

Ünvan

Sahəsi

(kv.m)

Qeyd

Binəqədi

7-ci mikrorayon, Kunanbayev küçəsi

1500

Xətai

Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsi

2000

Qaradağ

Lökbatan qəsəbəsi, 28 May küçəsi, Olimpiya İdman bazasının qarşısındakı sahə

2000

Nəsimi

Mərdanov Qardaşları küçəsi, 59

420

Nərimanov

F.X.Xoyski prospekti, Qələbə meydanı

5000

Pirallahı

Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi 14 №li evin qarşısındakı qeyri-yaşayış obyekti

150

Sabunçu

Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 72

1800

Suraxanı

Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsi, "Günəş" ticarət mərkəzi

900

Xəzər

Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2

500

Yasamal

H.Cavid prospekti, AMEA-nın binasının qarşısındakı park

600

Nizami

C.Naxçıvanski küçəsi, 74, 8-ci km yarmarkası

10000

Qara Qarayev prospekti, 55/57 ünvanın qarşısı, "Orbita" ticarət mərkəzinin avtomobil dayanacağı

600

Səbail

Seyran Məmmədov küçəsi, 6

200

Nizami küçəsi, 154, "Landmark" mehmanxanasının yanı

600

Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaq.

Bakı şəhərində təşkil olunacaq 14 yarmarkada satışa respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR