Bir ildə 30-a yaxın gömrükçüyə cinayət işi açılıb

13-03-2019, 19:30 406 dəfə baxılıb

Bir ildə 30-a yaxın gömrükçüyə cinayət işi açılıb


"Gömrükdə çox böyük dəyişikliklər baş verib. Bu dəyişikliklər Azərbaycanın milli iqtisadiyyatının inkişafına hədəflənib. Azərbaycan gömrüyündə şəffaflıq tam bərpa olunub".
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda keçirilən təlimdə deyib.

İdarə rəisi bildirib ki, son 1 ildə 30-a yaxın gömrük əməkdaşının fəaliyyətində korrupsiya halı baş verib və onların əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət olunub, cinayət işi açılıb.

M.Vahabov qeyd edib ki, hər bir gömrük əməkdaşı öz məsuliyyətini dərk edir: "Çalışırıq ki, gömrük orqanlarında çalışan insanların hər biri öz xidməti fəaliyyətində vətəndaşlara mədəni xidmət göstərsinlər. Demək olar ki, bunun öhdəsindən gəlmişik".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR