“ Bizdə 11 yox, 6 saxta diplomlu müəllim çalışır”-Məktəb direktorundan sensasion açıqlama

25-04-2019, 07:41 405 dəfə baxılıb

“ Bizdə 11 yox, 6 saxta diplomlu müəllim çalışır”-Məktəb direktorundan sensasion açıqlama

Təhsil işçiləri barədə bəxti gətirməyən Ağdamla bağlı bu dəfə xəbər Çimnaz Kərimova ilə bağlı oldu.
Xatırlayırsınızsa 5-6 ay əvvəl bu direktor bir müddət mətbuatın gündəmindən düşmədi. Həmin vaxt Nahidə Hüseynova adlı şikayətçi bildirmişdi ki, bankdan kredit şəklində 3500 manat pul götürərək Bərdə rayonunda yerləşən Ağdam 1 saylı köçkün məktəbinin direktoru Çimnaz Kərimovaya rüşvət kimi verib. Yəni işə düzəlmək üçün.
İşə də düzəlib. Bu müddətdə aldığı əmək haqları isə direktorun müxtəlif tədbirlər, yoxlamalar adı ilə yığımına gedib. 8 ay sonra işdən çıxarılıb.
Çox get-gəldən, dava-qırğından sonra Ç.Kərimova ona 2500 manat qaytarıb. Amma yerdə qalan 1000 manatı qaytarmayan məktəb direktoru bu pulun Təhsil Nazirliyinə çatdığını bildirib.
N.Hüseynovaya deyib ki, 2500 manatı təhsil şöbəsindən ala bilib, nazir Ceyhun Bayramova çatan 1000 manat isə getdi. Övladı ağır xəstə olan Hüseynovanın uşağı əməliyyat olunacağını deyirdi.
Bu məsələ xeyli KİV-lərdə işıqlandı və tədricən unuduldu. Şikayətçiyə yaqin ki, qalan pulu da qaytardılar.
Ancaq Azerinfo.tv-yə məlumatda deyilir ki, anoloji hadisələr eyni məktəbdə yenə baş verir. Çimnaz Kərimova eyni üsulla məktəbə adam götürür. Onun toxunulmaz statusu alması isə indiki icra başçısı ilə yaxınlığının olmasıdır.
Üstəlik bu məktəbdə çalışan müəllimlərdən 11 nəfərinin saxta diplomla çalışdığı deyilir.
Bu məsələ ilə bağlı Çimnaz Kərimovanın özü ilə əlaqə saxladıq. Direktor deyilənləri inkar edərək bildiurdi ki, işə məşğulluq idarəsinin göndərdikləri şəxslər götürülür. Heç bir rüşvətdən,puldan söz gedə bilməz.
Ancaq direktor saxta diplom məsələsin inkar etmədi. Yalnız düzəliş verdi ki, rəqəmi çox deyiblər:
“ Bizdə 11 yox, 6 saxta diplomlu müəllim çalışır, Onların da adları Təhsil Nazirliyinə bəllidir”.
Mövzuya qayıdacağıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR