“Kərəm Həsənov meliorasiya rəisini kukla edib, səhiyyəni də bərbad”-VİDEO

12-06-2019, 22:03 806 dəfə baxılıb

“Kərəm Həsənov meliorasiya rəisini kukla edib, səhiyyəni də bərbad”-VİDEO


Bir neçə gün əvvəl mətbuatda Cəlilabad rayon Sabirabad kənd sakini İbrahimov Mustafa Ramazan oğlunun rayon səhiyysi ilə bağlı yaydığı videomüraciəti yayınlandı.
Azerinfo.tv bildirir ki, şikayətçi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevləı bağlı şok faktlar açıqlayıb. Onu hətta fahişəxana açmaqda ittiham edib.
Qeyd edib ki, dövlət tərəfindən ayrılan 50 minlik dərmanın heç biri xəstəxanada yoxdu. Hamısıə baş həkimin göstərişi ilə apteklərdə satılır.
Mustafa İbrahimov deyir ki, bu gün Cəlilabadda səhiyyə o qədər bərbaddır ki, rayon əhalisinin 90 faizi Biləsuvarda əməliyyat olunur. Çünki orada tibbi xidmət yüksəkdir.
Cumhuriyyet.az isə məsələ ilə bağlı yazıb ki, videomüraciətdə səsləndirilən ittihamlar kifayət qədər ciddidir. Gözləmək olardı ki, səhiyyə nazirliyi və ya rayon rəhbərliyi, ən pis halda Cəlilabad rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Əliyev ittihamlarla bağlı rəsmi mövqe açıqlayacaq. Amma ittihamlara gülməli və maraqlı reaksiya verildi. Belə ki, yerli mediada bildirildi ki, Cəlilabad rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Əliyevin Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova heç bir bağlılığı yoxdur. Demək Cəlilabad əhli səhiyyə problemi yaşaya bilər, baş həkim İlham Əliyev hər cür qanunsuzluğa imza ata bilər, təki möhtərəm Kərəm Həsənovun adı heç bir qalmaqalda hallanmasın. Bu necə ola bilər axı? Necə ola bilər ki, rayon həyatının ən mühüm iki sahəsindən biri olan səhiyyə sisteminin başında duran adamın, bu rayonun qubernatoru kimi tanınan bir şəxsə heç bir aidiyyatı olmasın?
Ancaq videomüraciətdə Kərəm Həsənovun təkcə səhiyyəyə deyil başqa sahələrə də əl qoyduğu vurğilanır.
Məsələn deyilir ki, yerli meliorasiya idarəsinin müdiri Mirhəsən müəllim olub “kukla”. İşləməyə qoymurlar.
Kərəm Həsənov Cənub istiqamətindən gələn kanalı bağılayıb yonəldib şəxsi balıq fermasına.Masallı , Cəlilabad qalıb susuz.
Bu müraciətdən sonra şikayətçiyə hansı təzyiqlər edilib bilinmir, bəzi mətbu orqanlara videomüraciəti silmək tövsiyyə və xahiş olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR