İnam Kərimov FETÖ-çu ilə yollarını niyə ayıra bilmir?

29-06-2019, 08:25 551 dəfə baxılıb

İnam Kərimov FETÖ-çu ilə yollarını niyə ayıra bilmir?


Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan "Azəraqrar”-ın yeni rəhbəri Anar Hüseynovun haqqında irəli sürülən ittihamlar bir ara dövrü mətbuatı məşğul etsə də, sonradan bu məsələ qapanmış kimi bir kənara atıldı. Əslində bu işdə dövlətin bəzi qurumları da səbəbsiz olaraq rol oynadı. Yəni sanki İnam Kərimovun nüfuzunun qorunmasının qeydinə qalındı. Əslində isə real təhlükənin önlənməsi gərəkirdi.

Çünki həmin ittihamlar içində diqqət çənən məqamlardan biri də Anar Hüseynovun Azərbaycanla qardaş Türkiyə arasındakı münasibətlərə ciddi zərbə vuracaq mahiyyəti idi.

DİA.AZ xatırladır ki, Anar Hüseynov Türkiyədə dövlət çevrilişinə cəhd etmiş və hərbi qiyamı xalq müqaviməti nəticəsində yatırılmış FETO qruplaşmasının üzvüdür. Onun hətta bir zamanlar FETO-nun Azərbaycan uzantısına rəhbərlik etmiş Elnur Aslanovun ən etibarlı kadrı olduğu bildirilir. 2007-ci ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsində Elnur Aslanovla eyni idarədə işləyən Anar Hüseynov daha sonra "ASAN Xidmət”ə transfer olunur və İnam Kərimov Kənd Təsərrüfatı naziri təyin edildikdən sonra onunla bərabər eyni nazirliyə mətbuat katibi gətirilir. Bu vəzifədə qısa müddətli fəaliyyətdən sonra Anar Hüseynovun daha yağlı vəzifəyə təyin olunduğu bildirilir.

İlk baxışdan, bu transferlər İnam Kərimovun barəsində də müəmmalı suallara yol açsa da, informasiya qaynaqlarımız nazirin FETO ilə əlaqələrini istisna edir. Bildirildiyinə görə, Anar Hüseynovun arxasında daha güclü qüvvələr dayanır və o, öz fəaliyyətində yeri gələndə naziri belə saymır. Faktiki olaraq KTN-də İnam Kərimovdan daha çox, Anar Hüseynovun şələsinin fırlandığını deyən mənbəmizin bu iddiaları Azərbaycanda hələ də FETO-nun öz yenilməzliyini qoruduğunu təsdiqləyir.

Lakin hansı qüvvənin burada rol oynayıb-oynamamasından asılı olmayaraq, əsas gücün məhz DÖVLƏTDƏ olduğu şəkksizdir.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR