Qubanın təhsil şöbəsinin müdiri işdən necə çıxarılıb-İLGİNC TORBA ƏMƏLİYYATI

19-07-2019, 10:53 534 dəfə baxılıb

Qubanın təhsil şöbəsinin müdiri işdən necə çıxarılıb-İLGİNC TORBA ƏMƏLİYYATI

Məhləmizdə təzəlikcə "Torba" adlı atelyə açıldı.İşlədəni 80 yaşında bir qoca kişidi.Şalvar var idi,ayağın kəsdirəsiydim.İçəri girdim ki, bu kişi cavanları qabağına yığıb dərs deyi,içəri də millət var.Baxsan elə bilərdin "Gənclər təşkilatı"nın iclası var.Gənc bir xanım məni qarşılayıb,salamladı,sonra da soruşdu ki, "Kursa yazılmağa gəlmisiniz?".Dedim "yox e,kurs nədi?Şalvar gətirmişdim".Gülə-gülə bildirdi ki, "burda paltar filan tikilmir,ancaq kursdu.Ömrünün 60 ildən çoxunu dövlət və özəl müəssisələrdə keçirən Qəzənfər müəllim öz təcrübələrindən faydalanaraq,gənc nəsilə dərs keçir,onlara torba tikməyi,qısa zamanda gözə,daha sonra isə professionllaşdıqca bədənin digər qəliz yerlərinə yol tapıb nə cür irəliləməyi öyrədir.Hansı ki, askarid,lyambla kimi ad çıxarmış qurdlar heç insan bədənində o cür qabağa gedə bilmir. Şok oldum,"maşallah" dedim, sonra soruşdum :
- Xanım, ağsaqqalın şalvardan başı çıxmır da dəqiq?
- Xeyr,dedim axı,bura dərzi deyil...Ağsaqqalın başı ancaq torba tikməkdən çıxır...Götürün bu vizit kartını,buyurun bu da haqqımızda olan məlumat kitabçasıdır...İstəsəniz gələrsiniz...
Sağollaşıb,çıxdım.Yolda kitabçada yazılanları oxuya-oxuya gedib başqa yerə çıxmışdım...Nələr yazılmışdı,nələr...
Hazırda hələ də bu yaşında dövlət müəssisəsində çalışan Qəzənfər müəllim həftədə üç dərs "Torba tikmək" mövzusunda dərs deyir.Baxmayaraq ki,təqaüd yaşı SSRİ dağılanda bitib,amma o, hələ də öz işindədir.Ona görə şərhə ehtiyac yoxdu,bu cür insandan siz də faydalanın...
Siz qısa zamanda hər yerdə-ailədə,işdə,dost-tanış arasında və.s yerlərdə sizdən güclü olanları qabaqlamaq istəyirsiniz? Onların savadı,gücü,qabiliyyəti sizinkindən qat-qat çoxdu??? Bəzi insanlar sizin qabağa getməyinizdə maneçilik edir??? Siz qoyunsunuz,amma onları vurub keçmək istəyirsiniz?O zaman bizə müraciət edin! 3 ay ərzində sizi "elementary" səviyyəsindən "advenced"-ə qədər inkişaf etdiririk.Kurs sizi "əl üzünüzü yumaq üçün sabun,torba tikməkdə iynə-sap,quyu qazmaq üçün isə lapatkalarla" pulsuz təmin edəcək.Gəlin,qısa zamanda kariyeranızda uğur qazanmasanız pullarınız geri qaytarılacaq və ölkəmizdəki bütün kurslardan fərqli olaraq, ilk dəfə siz müəlliminizin üzünə tüpürüb,ona istənilən söyüşü söyə biləcəksiniz.Onsuz da öyrəşib...Tələsin,zaman gedir.Asta sürətlə öz hesabı gücünə qabağa gedənləri qabaqlamaq,onları xeyli arxada qoymaq istəyirsinizsə,kursumuza gəlin...

Indi bu hekayə niyə yadıma düşdü. Azerinfo.tv xəbər verir ki, Şimal bölgəsindən olan müstəqil journalist Cəmil Məmmədli elə bu mövzuda maraqlı status paylaşıb.

Söhbət Qubanın indiki təhsil şöbəsinin müdirinin sabiq müdirə “torba” tikməsindən gedir:

“Qubanın Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyevə "halaldı". Köhnə müdir Loğman Müslimovun torbasını tikib, işdən çıxartdırıb, özü çox mədəni şəkildə oturub onun yerinə.

Deməli, Nügədi məktəblərindən birini yoxlayıb, rayon mərkəzinə qayıdan Loğman Müslimov yolda restoranda oturur və balıqla çaxır içir.
Məclisdə bir az vurandan sonra Loğman deyir ki, "bu Heydər Əliyev, nefti çəkdi üzünə, dedi baxın, bu neft mənim, torpaq sizin...Torpağın da üstü yox ey, ancaq altı bizim oldu".

Maşında ondan başqa Təhsil Şöbəsinin işçilərindən Rüfət Hacıyev, Qələmşah və indiki müavin Pərviz adlı müəllimlər olub...
Bu adamların içindən sirr sizcə kimdən çıxar?
Kişinin səsini yazıb, aparıb qoyublar icra başçısının qabağına..
Başçı da Loğman Müslimovu o saat işdən çıxardıbmış..

Maşında olanlardan ikisi mükafatlandırılıb..
O "QƏHRƏMANLARI" kim tapar?”



P.S. Tapmacanı tapanlar redaksiya tərəfindən mükafat alacaq.

Qubanın təhsil şöbəsinin müdiri işdən necə çıxarılıb-İLGİNC TORBA ƏMƏLİYYATI


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR