Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...

16-08-2019, 22:39 653 dəfə baxılıb

Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...
Nizami rayonu, Qara Qarayev küçəsi 30, metronun "Qara Qarayev" stansiyasının çıxışında yerləşən yol və park ərazisi dəfələrlə qanunsuz olaraq hasarlanıb.
Bu ərazidə xeyli ağac kəsilib, tikinti başlanıb, amma sonda hər şey qəfil dayanıb.
Bu barədə sakinlər mətbuata bildirib ki, ərazidə başladılan işlər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun göstərişilə həyata keçirilir.

Sakinlərin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətindən sonra uşaqların oynadığı, sakinlərin istirahət etdiyi, hətta vətəndaşların keçdiyi piyada yolunda tikilən qanunsuz obyekt sökülüb.
Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən mətbuata bildirilib ki, sözügedən ərazidə tikintinin aparılması üçün rəsmi icazə alınıb.
Qalmaqallı tikinti ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.
Azerinfo.tv-yə daxil olan məlumata görə, metronun Q.Qarayev stansiyasının çıxışında tikilməli olan 3 mərtəbəli ticarət mərkəzinin sahibi Yusif Qədimbəylidir.
Hamının yaxşı tanıdığı Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli.
Yusif Qədimbəyli 2 dəfə cəhd eləsə də tikinti yarımçıq qalıb. Bundan əsəbiləşən Yusif Qədimbəyli Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovla görüşüb.
Görüş çox gərgin keçib. Arif Qasımov təklif edib ki, vəziyyətin sakitləşməsini gözləyək və imkan düşən kimi tikintini başlayın.
Yusif Qədimbəyli isə icra başçısına qarşı çox kobud şəkildə davranıb və tələb edib ki, "3 limonumu" qaytar, yoxsa sənin üçün pis olacaq.

Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...
Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...
Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR