Dəyəri yüz minlərlə ölçülən avtomobillər, bahalı restoranlar: - Qlamur YAP-çının hekayəsi

11-09-2019, 19:18 515 dəfə baxılıb

Dəyəri yüz minlərlə ölçülən avtomobillər, bahalı restoranlar: - Qlamur YAP-çının hekayəsi



Prezident İlham Əliyev rəsmi iclaslarda, dövlət tədbirlərində övladları, qohumları harınlıq nümayiş etdirən məmurlara dəfələrlə sərt xəbərdarlıq edib. Ancaq təəssüflər olsun ki, Prezidentin bu xəbərdarlığından nəticə çıxarmayan məmur qohumları, övladlar hələ də qalmaqdadır.

Hələ də bəzi məmurların qohumları, yenə də yüzminlik maşınlarda şütüyür, bahalı restoranlarda yeyib-içirlər. Ən acınacaqlı məqam isə budur ki, bu şəxslər etdikləri əməlləri sanki belə olmalıymış kimi açıq-aşkar edir, "avtoşluq” "qəhrəmanlıqlarının” videosunu, yeyib-içmək məclislərinin şəkillərini sosial şəbəkələrdə yayırlar.

Yüzminlərlə qiyməti olan maşınlarda şütüyən, "şotu” bir neçə min manatlarla ölçülən restoranlarda yeyib-içən məmur övladları, qohumları anlamırlar ki, onların bu əməlləri Prezident İlham Əliyevin yürütdüyü siyasətə daban-dabana ziddir. Anlamırlar ki, onların bu əməlləri dövlət başçısının rəhbərlik etdiyi partiyanın siyasi xəttinə xələl gətirir.

Çünki milyonlarla insanların olduğu sosial şəbəkələrdə minlərlə övladı ac olan, xəstəsinə dərman ala bilməyən, on illərlə kirayələrdə yaşayan insanlar var. Bu məmur qohumları, övladları anlamırlar ki, onların eyş-işrət şəkillərinə yeganə övladını vətən uğrunda şəhid verən gözüyaşlı atalar, analar baxır. Övladını vətən uğrunda şəhid verən, illərlə kirayələrdə yaşayan, övladına dərman, çörək, ayyaqqabı ala bilməyən insanların bu şəkilləri gördükdən sonra dövlətə olan inamı sarsılmazmı?!

Əgər cəmiyyətə bu cür "davranışı” sıralarında yeddi yüz mindən artıq insanı birləşdirən, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının üzvü, rayon təşkilatını sədr müavini edirsə, necə? Əlbəttə, bu hal cəmiyyətə, dövlət başçısının siyasətinə qarşı olmaqla yanaşı, həm də Heydər Əliyev məfkurəsinə qarşı atılan addımdır.

AzFakt.com-ın təqdim etdiyi bu yazıda Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini, Respublika Ağsaqqalar Şurasının sədrinin köməkçisi, "Türk Dünyası Ağsaqqalları qəzeti”nin baş redaktoru Ramin Əhmədovdan bəhs olunur.

Xatırladaq ki, Respublika Ağsaqqalar Şurasının sədri, millət vəkili Fəttah Heydərovdur. Fəttah Heydərov mərhum Heydər Əliyevin ən yaxın silahdaşlarından, dövlətimizin ən ağır günlərində onunla bir səngərdə olmuş dövlət xadimidir. Fəttah Heydərov eyni zamanda Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə yüksək qiymətləndirilən, Prezident İlham Əliyevə ən sədaqətli insanlardan biri, Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun atasıdır.

Nömrə nişanları 20-30 min manata, öz qiyməti isə yüzminlərlə ölçülən "Gallenvagen”lərdə, "Maserati”lərdə, "Range Rover”lərdə fotolar çəkdirib sosial şəbəkələrdə yayan Ramin Əhmədov bu əməlləri ilə həm dövlət başçısının siyasətinə qarfşı çıxır, həm də köməkçisi olduğu şəxsin – Fəttah Heydərovun, Kəmaləddin Heydərovun hakimiyyət və xalq arasında olan nüfuzuna xələl gətirir. Ramin Əhmədov düşünmür ki, onun həm də 13 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının üzvləri qarşısında mənəvi öhdəliyi var. Bu partiyanın sıralarında olan, 200-300 manat məvaciblə dolanan müəllimlər, həkimlər partiyalarının sədr müavinin bu hərəkətinə nə deyər?!

Müstəqil olan ölkəmiz 30 ilə yaxındır ki, müharibə şəraitində yaşayır. Dəfələrlə dövlət başçımız torpaqlarımızın azad edilməsi üçün Azərbaycanın hər an müharibəyə başlaya biləcəyini deyib. Müharibə şəraitində yaşamağımızla yanaşı, eyni zamanda dövlətimizə düşmən kəsilən qüvvələrlə də üz-üzəyik. Xaricdən Azərbaycana, Prezident İlham Əliyevə və dövlətin yüksək vəzifəli şəxslərinə qarşı propaqanda savaşı aparılır. Xaricdən ciddi maliyyə alan media orqanları hər vəchlə xalqın Prezidentə olan inamını sarsıtmaq istəyirlər. Bu cür media orqanlarının "bəhrələndiyi” məqamlardan biri də məmur övladlarının harın həyat tərzidir. O media orqanları bu cür məlumatları tirajlayaraq Prezidentin yürütdüyü siyasətə kölgə salmağa çalışırlar.
Nümunə olaraq bu yaxınlarda azərbaycanlı məmur övladının İspaniyada milyonluq saatının oğurlanmasını qeyd etmək olar…


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR