Mübariz Əhmədzadənin Qaxda milyonluq obyektləri üzə çıxıb

10-12-2019, 15:00 373 dəfə baxılıb

Mübariz Əhmədzadənin Qaxda milyonluq obyektləri üzə çıxıb


AZERİNFO.TV bildirir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O qeyd edib ki, icra başçısı Qax rayonunun Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzinin sahibidir.

Həmin obyektin dəyəri isə milyonlarla ölçülür.

Araşdırmaçı sübut kimi 2008-ci ildə tikintisinə icazə verilmiş obyektin sənədlərini də təqdim edib.

Yazıdakı iddialara Zaqatala Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd: Mübariz Əhmədzadə 10 ildir ki, Zaqatalanın icra başçısıdır. O, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşıdır.
Mübariz Əhmədzadənin Qaxda milyonluq obyektləri üzə çıxıb


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR