Nəriman Əliyev “Embavud” şefinin qarşısına kimi çıxardı

21-01-2020, 11:35 308 dəfə baxılıb


Nəriman Əliyev “Embavud” şefinin qarşısına kimi çıxardı

Keçmiş deputat Nəriman Əliyev 70 saylı Masallı şəhər seçki dairəsindən öz adamının namizədliyini irəli sürüb.

Reportyor.info-nun xəbərinə görə, N.Əliyev özü seçkilərə getməsə də, Alay Bəhramovun namizədliyini dəstəkləyib.



A.Bəhramov “ŞTUTQART” MMC-nin işçisi kimi göstərilib. Bu MMC avtomobil ehtiyat hissələri satan mağazalar şəbəkəsidir.

Bu mağazalar şəbəkəsi Nəriman Əliyevə məxsusdur. Lakin deputatlıq “qələmi qırılan” N.Əliyev işçisini irəli verərək YAP-ın namizədinə qarşı çıxarıb.

YAP-ın siyahısından bu dairədə namizəd isə digər Masallıdan olan biznesmen, “Embavud” mebel şəbəkəsinin rəhbəri Məşhur Məmmədovdur.

Belə aydın olur ki, Nəriman Əliyev Məşhur Məmmədovla mübarizəyə qalxıb. YAP-ın deputatlığa namizədi, “Embawood” şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib.

İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir.

Nəriman Əliyevin biznesi isə bunlardır:

Ştutqart” mağazalar şəbəkəsi
“Karkaz” avtomobil ehtiyat hissələrinin topdan satış mərkəzi
“Masallı” Konserv Zavodu
İrandan ixrac olunan xurma monopolisti
“Nur – M” şirkəti
Masallı rayonunda “İstisu”da bir neçə istirahət mərkəzi
Masallı kərpic zavodu (Fəxrəddin adlı sahibkarla şərikli)
“Karqo” şirkəti və s.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR