Cərrahın məsuliyyətsizliyi xəstənin ölümünə səbəb oldu-GƏNCƏDƏ

27-01-2020, 00:54 2287 dəfə baxılıb

Cərrahın məsuliyyətsizliyi xəstənin ölümünə səbəb oldu-GƏNCƏDƏ


Oqtay Şirəliyev tərəfindən qətlinə fərman verilən Azərbaycan səhiyyəsinin acınacaqlı durumu artıq ümummilLi problemə çevrilib.
Sirr deyil ki, rüşvətxorluq və total korrupsiya bu sistemi çökdürüb. Dövlətin yetərincə diqqət və qayğısına rəğmən Azərbaycan səhiyyəsi qonşu dövlətlərin səhiyyəsinə nisbətdə gülünc durumdadır. Xəstəyə potensial qazanc mənbəyi kimi yanaşılan, insan talelərinin heçə sayıldığı bu sistemdə hər şey əlahəzrət pulun iradəsinə tabe edilib. Pulsuz xəstənin baxımsızlıqdan ölməsi Azərbaycanda sıradan bir hadisədir.
Ümumiyyətlə səhiyyədə formalaşan korrupsioner şəbəkə nəinki bu günümüzü, eləcə də xalqın gələcək genefondunu təhlükə altında qoyur.
Uzun illərdir ki, Səhiyyə nazirliyinə rəhbərlik edən Oqtay Şirəliyevin fəaliyyəti bu sistemi tamamilə çökdürüb. Əgər ölkənin səhiyyəsini bilavasitə çökdürmək üçün kimisə vəzifəyə təyin etsəydilər belə yenə də O. Şirəliyev qədər bu işin öhdəsindən gələ bilməzdi. O.Şirəliyev hər şeydən öncə Azərbaycan vətəndaşının səhiyyəsinə inamını məhv etməyi bacardı- xəstələrimiz acınacaqlı durumda İranın, Gürcüstanın, Rusiyanın xəstəxanalarında dolaşırlar. Şirəliyev həkimlərin tamamilə ələbaxan,cibəgirən vəziyyətinə düşməsi prosesini rəsmən yekunlaşdırdı, rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrildi. Yeni tikilən, tam təmir olunan xəstəxanaların göz dağına çevrilməsi prosesi baş verdi-el diliylə desək “neyniyirəm qızıl teşti, içinə qan qusum” məsəli reallaşdı. Dərman mafiyası qol qanad açdı, keyfiyyətsiz məhsullar, mənşəyi məlum olmayan kimyəvi preparatlar ömrümüzə balta çaldı.


Bugünlərdə Gəncədə səhiyyəmiz adına yeni rüsvayçılıq baş verib.
Azerinfo.tv-yə müraciət edən Sərxan Mehtiyev adlı vətəndaş qardaşı Nəsimi Mehdiyevin Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişməsindən yazıb.
O bildirir ki, Ağdamda “Dördyol -1 qəsəbəsində yaşayırlar. 03.01.2020-ci il tarixdə qardaşı Nəsimi Mehdiyev kəskin baş ağrısı ilə Gəncə Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. İlk tibbi yardımdan sonra vəziyyəti yaxşılaşıb və palataya köçürülüb. Ancaq ayın 4-də ona verilən dərman pis təsir edib.MRT olunandan sonra neyrocərrah Kənan Əzimov bildirib ki, o təcili əməliyyat olunmalıdır.

Cərrahın məsuliyyətsizliyi xəstənin ölümünə səbəb oldu-GƏNCƏDƏ


Qohumları düşünüb ki, Bakıya aparsalar yolda nəsə olar. Odur ki, Gəncədə əməliyyata razılıq veriblər.
Əməıliyyatdan sonra həkim deyib ki, hər şey normaldır, xəstənin vəziyyəti stabildir, yaxşılaşmağa doğru gedir, reanimasiyadadır.
Xəstə doğrudan yaxşılaşır və onu palataya köçürürlər.
Ayın 21-i tarixdə qohumları Kənan həkimlə telefon əlaqəsi saxlayır. Həkim deyir ki, “hər şey normaldı, xəstənin həyatı üçün təhlükə yoxdur”.
Ancaq 22 yanvarda, gecə 23 radələrində xəstə özünü narahat hiss edir.
Yanında qalan həyat yoldaşı tibb bacısına bu haqda xəbər verir, xəstəyə baş çəkməsini istəyir. Ancaq tibb bacısı deyir ki, elə indicə baxıb,narahatlığa əsas yoxdur.
Həyat yoldaşı palataya qayıdanda Nəsimin halının lap pisləşdiyini görüb. Məhz bundan sonra tibb bacısı növbətçi həkimi çağırıb. Xəstə təcili reanimasiyaya yerləşdirilib.
Növbətçi həkim , mühafizə xidməti bir neçə dəfə xəstəni əməliyyat edən Kənan Əzimova zəng edirlər. Onunla əlaqə saxlamaq mümkün olmur. Hətta məsələ baş həkimə deyilir. Onun da zənginə Kənan Əzimov cavab vermir.

Cərrahın məsuliyyətsizliyi xəstənin ölümünə səbəb oldu-GƏNCƏDƏ


Gecə 00:15-dən etibarən ona edilən zənglər cavabsız qalıb. Nəhayət səhər 9-da gəlib çıxıb.
Xəstə komyuter-tomoqrafya olunandan sonra “artıq gecdir” deyib. Elə az keçmiş xəstə vəfat edib.
Məsuliyyətsizliyi azmış kimi yaxınlarını itirmiş şəxslərə Kənan Əzimov deyib ki, gəlin akt bağlayaq ki, Nəsimi ambulans maşınında dünyasın dəyişib.

Xəstənin yaxınları cərrah barəsində bütün əlaqədar orqanlara şikayət edəcəklərin bildiriblər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR