"Neynirəm sənin 400 manatını? Mənim maşınımın benzin pulu elə 400 manatdı"

4-10-2018, 23:54 638 dəfə baxılıb

"Neynirəm sənin 400 manatını? Mənim maşınımın benzin pulu elə 400 manatdı"


ARB TV-nin “Show News” verilişinin növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub.

Moderator.az xəbər verir ki, Aysun Azərbaycanda çəkilən yerli filmləri ələ salıb.

“Azərbaycanda çəkilən yerli filmlərə baxanda adamın ağlamalı yerdə gülməyi, gülməli yerdə isə ağlamağı gəlir. Mən Azərbaycanda türklərin çəkdiyi bir filmə çəkildim. O filmin üstündən 10 il keçib, film hələ də ortada yoxdur. Heç kimin pulunu verməyiblər, hamıya “atdılar”. Apardılar, İsmayıllıda saxladılar. Hər kəsə bir kotec tutulmuşdu. Dedim ki, camaatla qala bilmərəm.

Özüm otağımın, yeyib-içməyimin, yanımdakı mühafizəçinin və sürücümün pulunu ödədim. Hələ o vaxt bu qədər tanınmırdım. Onunla belə, kişinin oğlu mənə 400 manat məvacib yazıb. Neynirəm sənin 400 manatını? Mənim maşınımın benzin pulu elə 400 manat edir. Dedim, qurbandır, istəmirəm”, - deyə Aysun bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR