ADU-da akademik Ramiz Mehdiyevin kitabının müzakirəsi keçirilib

25-12-2018, 23:34 457 dəfə baxılıb

ADU-da akademik Ramiz Mehdiyevin kitabının müzakirəsi keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) akademik Ramiz Mehdiyevin "Григорианская церковь как инструмент шпионажа против сефевидского государства XVII - первая четверть XVIII вв" kitabının müzakirəsi keçirilib.

“Report”un məlumatına görə, tədbiri ADU-nun rektoru Kamal Abdulla açaraq kitabın Ramiz Mehdiyevin illərlə apardığı tədqiqatların məntiqli davamı olduğunu deyib.

Onun sözlərinə görə, akademik R.Mehdiyev Azərbaycan tarixi, mədəniyyəti, bu günü və gələcəyi ilə bağlı düşüncələrini bir çox əsərlərində cəmiyyətə, elmə təqdim edib: “Bu əsərlərin hamısı da dövlətçiliyin fəlsəfəsinə həsr olunub. Bütün bunlar onu göstərir ki, akademik Azərbaycan dövlətçiliyinin qarşısında duran problemləri, onun fəlsəfəsini dərindən dərk edən filosof kimi ölkənin gələcəyinin qurulması ilə bağlı dövlət təcrübəsindən istifadə edən müdrik dövlət xadimidir”.

K.Abdulla bildirib ki, onun erməni dövlətinin, cəmiyyətinin formalaşması ilə əlaqədar fikirləri azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatlara işıq salan addımdır: “Bugünkü gənc nəsil kitab vasitəsilə əsl Azərbaycan tarixini öyrənəcək, Azərbaycan-erməni münasibətlərinin təkcə bu günü ilə deyil, dünəni ilə də tanış olacaqlar. Bu günün nəticələrini dünənki günümüzlə əlaqələndirəcəyik. Nəticələri həmin gündən çıxarıb gələcəyimizlə bağlı müəyyən istiqamətləri aydınlaşdıracağıq”.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi isə vurğulayıb ki, akademik son illərin Azərbaycan dövlətçilik tarixinə müraciət edib: “Bu gün Azərbaycan gerçəkliyində erməni faktoru dövlətçilikdə böyük təhlükədir. Belə bir vaxtda bu kitabın nəşri çox önəmlidir. Kitabda erməni tarixçilərinin uydurma fikirlərinin aşkarı da öz əksini tapıb.

Tədbir kitab ətrafında müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, kitab giriş, 4 fəsil və son sözdən ibarətdir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR