Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ

6-03-2019, 12:02 390 dəfə baxılıb

Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il martın 15-də saat 10:00-da Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, İmişli, Cəlilabad, Neftçala və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Biləsuvar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR