"Azərbaycanda uğurlu xarici siyasət yürüdülür" - Aİ rəsmisi

3-05-2019, 17:36 284 dəfə baxılıb

"Azərbaycanda uğurlu xarici siyasət yürüdülür" - Aİ rəsmisi

"Avropa gündən-günə inkişaf edir. Qlobal çağırışlar olan dünyada bir arada işləmək çox vacibdir. Azərbaycanda uğurlu xarici siyasət yürüdülür".

"Report" xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Azərbaycandaki Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı təhlükəsizlik sahəsində bir çox missiyalar həyata keçirir: "Bizim qurum təsis olunduqdan sonra ən böyük sülh dövrünü yaşayıb. Buna səbəb müxtəlif dövlətin bir-birinə olan maraqlarıdır və bu da bizim üçün vacibdir. Çünki bu münaqişəni mümkünsüz edir".

K.Yankauskas bildirib ki, bu il "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi qeyd olunacaq: "Azərbaycan da bu proqramın üzvüdür. Biz bilirik ki, təhlüksəzilik, müstəqillik və ərazi bütövlüyü partnyorlarımız üçün önəmlidir. Avropa İttifaqı qloballaşan dünyda bir arada işləməyi təklif edir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR