"Bunların fikrincə Azərbaycan ordusu ermənilərə güllə atmamalıdır..."

26-05-2019, 14:25 403 dəfə baxılıb

"Bunların fikrincə Azərbaycan ordusu ermənilərə güllə atmamalıdır..."

"Bunların fikrincə Azərbaycan ordusu ermənilərə güllə atmamalıdır. Güllə atanları da Xədicə kimilər düşmən elan edir”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev jurnalist Xədicə İsmayılın Ramil Səfərov haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. H.Hacıyev bildirib ki, qəhrəmanlarımızı təhqir edən şəxslər məsuliyyətə cəlb edilməlidir:

“Bu gün Azərbaycana qarşı böyük ideoloji hücum və bu hücumun başında erməni mafiyası, diasporası durur. Burda da Xədicə İsmayılova kimilərdən istifadə edirlər. Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanları təhqir etmək, Azərbaycan ordusunu təhqir etmək deməkdir. Bunlar qarışıqlıq yaratmaqdan ötrü bu yollara əl atırlar və istəyirlər ki, Azərbaycanda qarışıqlıq yaransın. Eyni zamanda Azərbaycan ordusunu gözdən salmağa çalışırlar. Bunların fikrincə Azərbaycan ordusu ermənilərə güllə atmamalıdır. Güllə atanları da Xədicə kimilər düşmən elan edir. Ona görə də düşünürəm ki, bunlar haqqında ciddi tədbir görmək lazımdır. Bu adamlar bizim Milli Qəhrəmanlarımızı təhqir edirsə, onların valideynləri məsələ qaldırıb prokurorluğa şikayət etsinlər. Biz də görək ki, bunlar kimdi ki, xalqımızı qəhrəmanlarını təhqir edirlər. Bunlar tək deyil, onların dalında duran müxalif qüvvələr var.

Onlar özləri də görürlər ki, Ali Baş Komandan ciddi göstərişlər verir və ona görə də narahatdılar. Bunların bir tərəfi gedib ermənilərə çıxır. Əslində bunlara Azərbaycanın havasını udmağı da qadağan etmək lazımdır. Mən düşünürəm ki, bu cür əxlaqsızılığa yol vermək olmaz. Xədicə İsmayıl bu günə kimi bir daşı-daş üstdə qoyubmu, xeyr. Ermənilərə məlumat ötürməkdən başqa işləri yoxdur. Çəkilsinlər kənara, ayıb deyilmi? Düşünürəm ki, bununla bağlı dövlət tədbir görməlidir”.

Vasif Əlihüseyn


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR