Aşot Yerevana kursa gedib, yoxsa atası onu qaçırıb?

28-05-2019, 23:45 301 dəfə baxılıb

Aşot Yerevana kursa gedib, yoxsa atası onu qaçırıb?


Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda hərbi xidmət keçən oğlu Aşotun Yerevana qaytarılması haqda bir müddətdir sosial şəbəkələrdə dolaşan məlumatları nəhayət anası Anna Akopyan şərh edib. Virtualaz.org xəbər verir ki, Anna Akopyan jurnalistlərin bu haqda sualına cavab olaraq oğlunun Yerevan hərbi hissələrindən birində olduğunu təsdiqləyib.

Jurnalist maraqlanıb ki, nəyə görə baş nazirin oğlunu Dağlıq Qarabağdan geri qaytarıblar və Qarabağda vəziyyətin pis olduğu, hakimiyyətin bunu gizlətdiyi haqda məlumatlar nə dərəcədə doğrudur.



Anna Akopyan isə deyib ki, onun oğlu Yerevana “kurs keçmək üçün” qaytarılıb və nizamnamədə icazə verildiyi kimi bir günlüyə evə buraxılıb. “Mənim heç bir informasiyam yoxdur ki, orada situasiya pisdir...Bu belə deyil və Aşotun Yerevana qaytarılmasının bu vəziyyətə heç bir dəxli yoxdur. Bizim oğlumuz istənilən başqa əsgər kimi xidmət edir, onun xidmətinin başqalarından heç bir fərqi yoxdur. Hətta o Yerevana gəlsə də sonra Qarabağa qayıdacaq”-o bildirib.



Qeyd edək ki, Dağlıq Qarabağın qondarma rəhbərliyi ilə Ermənistan hakimiyyəti arasında ciddi ixtilaf yaranıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə Dağlıq Qarabağda generallar yerli oliqarxlardan birinin malikanəsində yığışaraq Paşinyanı hakimiyyətdən qovmağa and içiblər. Paşinyan isə Dağlıq Qarabağdakı rejimi inqilabla hədələyir. Bu cür hadisələrin fonunda Aşotun Yerevana qaytarılması ciddi şübhələrə yol açıb. İstisna deyil ki, Paşinyan Qarabağ klanı ilə gözlənilən toqquşmadan əvvəl oğlunu təhlükəsiz hərbi hissəyə dəyişdirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR