Nazir müavini və “Gədəbəy qruplaşması”ndan "maliyyə xəyanəti"

12-10-2015, 12:48 1046 dəfə baxılıb

Nazir müavini və “Gədəbəy qruplaşması”ndan "maliyyə xəyanəti"











Maliyyə nazirinin müavini Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edir. Nazir müavini dostları, qohumları və yerlilərini maliyyə idarələrinə rəhbər vəzifələrə təyin edə bilir

TİA.AZ xəbər verir ki, bu günlərdə A.Bayramovun 1 saylı Xəzinədarlıq İdarəsi və bu idarənin rəisi Nadir Qarayev vasitəsiylə necə rüşvət mexanizmi tətbiq etməsi haqda informasiyalar yayılıb.
Nazir müavini haqda cumhuriyyet.az araşdırma aparıb.
Azər Bayramovun çətiri altda xüsusi statusa sahiblənmiş Nadir Qarayev korrupsiya şəbəkəsinə nazirlik və komitələrin maliyyə şöbələrinin rəislərinə də cəlb eləyib.
Nadir Qarayev təkcə idarə rəisi və korrupsiya şəbəkəsində önəmli rol oynayan şəxs kimi deyil, həm də Azər Bayramovun yerlisi, yaxın qohumu olaraq nazirlik, komitə, icra hakimiyyətlərinin «qorxulu röyası»dır.
Onun bir kəlməsi istənilən nazirliyin maliyyə şöbəsinin müdirini əmrə müntəzir hala gətirir. Əks halda, həmin nazirlik vəsaitlərin vaxtlı-vaxtında köçürülməsində ciddi sıxıntılar yaşayacaq.
Gədəbəy rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov Azər Bayramovla qohumluq münasibətlərindən istifadə edərək büdcə təşkilatlarına ayrılan vəsaitlərdən özünün istədiyi qədər «faiz» alır.
Büdcə idarələrinə cari və əsaslı təmir, avadanlıqlar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özü üçün tələb edir.
Ümumilikdə isə Gədəbəy Maliyyyə İdarəsinin müdirinin illik «gəliri» yüzmin manatlarla ölçülür. Bu isti münasibətlərdən ilk növbədə yaralanan icra başçısı Ramiz Yediyarovdur.
Belə ki, rayon icra başçısı bir çox cari təmirləri həyata keçirən kiçik şirkətlərin çoxunu maliyyə idarəsi rəisinin əmisi oğlu, Gədəbəy Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədova həvalə etməklə özünə hər il yüz min manatlarla “xeyir” götürür.
İddiaya görə Namiq Məmmədov maliyyə nazirliyində Azər Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərən və ayrılan büdcə vəsaitlərindən faiz almaqla milyonlar qazanan “Gədəbəy qruplaşması” deyilən şəbəkənin regiondakı ən etibarlı və nüfuzlu şəxslərindən biridir.
Hətta bir çox rayonların maliyyə şöbəsinin müdirləri nazirlikdəki işlərinin “aşırılması” üçün Namiq Məmmədovun köməyindən istifadə etdiyi deyilir.
Bildirilir ki, Namiq Məmmədov və əmisi oğlu rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədov bölgədə “Gədəbəy qruplaşması”ının başında dayanan əsas şəxslərdir və bu şəxslərin əli ilə Azər Bayramov hər il Gəncəbasar regionlarından milyonlarla manat «faiz» toplayır.

Ramiz Məmmədovun “fironluğu”, həmçinin maliyyə maxinasiyaları barədə dəfələrlə Təhsil Nazirliyinə və prezident aparatına edilən şikayətlərdən sonra, əmisi oğlu Namiq Məmmədovun sayəsində qəflətən rayon mədəniyyət və turizm şöbəsinə “transfer” olunub. Çünki Ramiz Məmmədov təhsil şöbəsində həyata keçirdiyi maliyyə maxinasiyalarını əmisi oğlu Namiq Məmmədov vasitəsi ilə hayata keçirib.

Maliyyə Nazirliyində şərti adı «Gədəbəy qruplaşması» adlanan Azər Bayramov-Nadir Qarayev birliyi elə vəziyyət yaradıb ki, artıq Samir Şərifovun çevrəsində olanlar da səslərini çıxarmağa başlayıblar.
Yaxın aylara qədər susanlar bu gün açıq şəkildə «Gədəbəy qruplaşması» və onların himayəsində olan maliyyə məmurlarının hərəkətlərindən şikayətlənməyə başlayıblar. Onlarla bərabər, ölkədə ciddi rol və nüfuza sahib olan bəzi nazirlərin də bu qruplaşmadan narazı olduğu sirr deyil.

Çünki nazirliklərin layihələrində qalib olan şirkətlər 1 saylı Xəzinədarlıq İdarəsinin razılığı ilə hesablarına köçürülməli olan vəsaitləri vaxtında ala bilmirlər. Nadir Qarayev açıq şəkildə «şərti»ni qoyaraq, «haqqı»nı istəyir. Bu isə həmin nazirlik və komitələrin layihələrini təhlükə altına qoyur.
Nadir Qarayev faktiki ordunu ərzaq və digər tələbatlarını təmin edən şirkətlərə qarşı da güzəştə getmir.
Dövlətin əsas maliyyə strukturunu ələ keçirən Azər Bayramov Beynəlxalq Bank uğrunda mübarizədə də ciddi paya sahib oldu. Maliyyə Nazirliyindəki “Qərb qruplaşması”na başçılıq edən Azər Bayramov bu prosesdən tam qalıb çıxdı.
Əslən Gədəbəyli olan Azər Bayramov qazaxlı Elmar Məmmədovun ABB-nin idarə heyətinin sədri seçilməsini təmin etməklə, dövlətin payının daha çox olduğu bankı tam şəkildə öz əllərinə ala bilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR