Sevindik Hətəmov yeni bayram icad edib: “Pulsilmə bayramı”

12-10-2015, 13:01 1065 dəfə baxılıb

Sevindik Hətəmov yeni bayram icad edib: “Pulsilmə bayramı”

















İcra başçısı büdcə vəsaitlərini talamaqla məşğul olur: Yardımlıda 100 min manat vəsit nəyə və necə xərclənib?

Yardımlının icra başçısı Sevindik Hətəmov büdcə vəsaitlərini talamaq üçün olduqca maraqlı üsullar və yollardan istifadə edir. Redaksiyamızın araşdırmaları zamanı məlum olub ki, 100 min manat pulu silmək üçün Hətəmov rayonda “atəşfəşanlıq” belə təşkil edib.

Qeyd edək ki, bayram “atəşfəşanlığı”nın təşkili və həyata keçirilməsi üçün hətta Qəbələ rayonunda qeydiyyatda olan “Mirana-Aston Villa” MMC adlı şirkət də tapıblar. Və bütün pullar həmin şirkətin “hesabı”na köçürülüb.

Maraqlıdır ki, 100 min manata hansı bayramın keçirildiyi də məlum deyil. Görünən odur ki, Sevindik Hətəmov özündən yeni bayram icad edib. Adını da yəqin ki, “Pulsilmə bayramı”dır. Çünki adı olmayan, özü olmçayan, amma kağız üzərində keçirilmiş bayram ancaq “pulsilmə bayramı” ola bilər.

Redaksiyamızın araşdırmaları zamanı o da məlum olub ki, Yardılmlı İcra Hakmiyyətinin rəsmi səhifəsində 6 bayram tədbirinin keçirildiyi qeyd olunub. Fotoşəkillərdən görünən isə o olub ki, həmin şənlik və tədbirlərin heç biri təmtəraqlı olmayıb. Onlardan yalnız 3-nə konsert proqramı daxil edilib. Həmin konserti verənlər də elə yerli ifaçılar və mədəniyyət işçiləri olub. Digər 3 bayram tədbiri isə büdcə təşkilatlarının iştirakı ilə İcra Hakimiyyətinin akt zalında keçirilib. Yəni, zurna-qavalsız…

Bildirək ki, Yardımlı ucqarda, Cənub bölgəsində ən hündürdə yerləşən rayonlardan hesab edilir. Məntiq etibarı ilə bu rayonda göyə bircə fişəng atılmış olsaydı, onun Lerikdən tutmuş Biləsuvara qədər hamı görməli idi. Ancaq Sevindik Hətəmovun 100 min manatlıq “pirotexnikası” o qədər “mükəmməl”, “sehirlidir” ki, onu atanda yalnız DSK sədri kimi, qəlbi “pak” olanlar, İcra Hakimiyyətində tenderi pay-püş edən “vicdanlı”lar, kasıba ünvanlı sosial yardımı 1400 manata satan “müqəddəs”lər görə bilərlər. Bir də Sevindik Hətəmov kimi “bəsirət” gözü pulu min ağacdan seçə bilənlər həmin bayram tədbirini və atəşfəşanlığı görə bilir.

P.S. Yardımlıda adı olub özü olmayan “asfalt” yollar, çınqıl döşənmiş kənd yollarından nə qədər pul silindiyi, ünvanlı sosial yardım almaq istəyən imkansızdan tələb olunan 1400 manatın bir qisminin kimə getdiyi, Maliyyə İdarəsinin affekt vəziyyətdə olması və digər məsələlərdən bəhs edəcəyik. Araşdırmamızı gözləyin...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR