Nazirin qardaşı oğlu həbs olundu?-İDDİA

12-10-2015, 13:03 835 dəfə baxılıb

Nazirin qardaşı oğlu həbs olundu?-İDDİA




















Sosial şəbəkələrdə yayılan məlumata görə, MCQMİ-nin əməkdaşları bir neçə saat əvvəl Aynar Məmmədovu saxlayıb

Nəqliyyat naziri Ziya Məmmədovun qardaçşı Elton Məmmədovun oğlu Aynar Məmmədov bir neçə saat bundan əvvəl Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (MCQMİ) əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə aparılıb. Bu barədə məlumatı hazırda Fransada mühacir həyatı yaşayan “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan Saatı” verlişinin rəhbəri Qənimət Zahid Facebook-da yayıb.

Onun iddiasına görə, olay bu gecə saatlarında “Şüşəli Bazar”ın yaxınlığında yerləşən “Nar” kafedə yaşanıb. Belə ki, Aynar Məmmədova məxsus olan həmin kafeyə gələn MCQMİ-nin əməkdaşları orada bir neçə nəfəri, o cümlədən nazirin qardaşı oğlunu saxlayıblar.

Qeyd edək ki, bu iddianın nə qədər dəqiq olduğu məlum deyil. Amma son dövrlər nəqliyyat naziri Ziya Məmmədovun ciddi sıxıntılar yaşadığı barədə mətbuatda geniş məlumatlar yayılır. Hətta nazirin qardaşı Elton Məmmədovun yenidən deputat seçilməsinə belə imkan verilmədiyi və bu səbəbdən də namizədliyin irəli sürmədiyi də vurğulanır. Görünür, Aynar Məmmədovun saxlanılması da Ziya Məmmədovun “vurulması” planının tərkib hissələrindən biridir.

Məlumatı dəqiləşdirməyə çalığırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR