Köçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?

23-06-2019, 13:03 1105 dəfə baxılıb

Köçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?


Ermənistanın daxilində baş verən hadisələr yeni qalmaqala yol açır.

Son günlər Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu haqqında inanılmaz faktlar ortaya çıxıb. Erməni mətbuatı iddia edir ki, sabiq prezidentin oğlu 26 yaşlı Sedrak Köçəryanın hesabına azərbaycanlı iş adamı müxtəlif vaxtlarda 18 milyon dollar pul keçirib. Bu pullar Sedrak Köçəryanın şirkətinin Rusiyaya göndərdiyi kənd təsərrüfatı mallarının dəyəri olduğu bəlli olub.

Mətbuat iddia edir ki, Azərbaycanlı iş adamı Rusiyadan bu pulları Sedrakın hesabına müxtəlif vasitələrlə köçürüb. Erməni mətbuatı azərbaycanlı iş adamının kimliyini qeyd etməyib. Qeyd edək ki, Sedrak Köçəryan "Sistema” maliyyə korporasiyasının Direktorlar Şurasının üzvüdür. Mətbuat iddia edir ki, sabiq prezidentin oğluna pullar məhz bu korporasiya vasitəsilə köçürülüb.

Qeyd edək ki, artıq sabiq prezidentin oğlu Sedrak Köçəryan haqqında Ermənistan Baş Prokurorluğunda cinayət işi açılıb.

Erməni mətbuatı iddia edir ki, bu hesaba pul keçirən iş adamının adı prokurorluq orqanına bəllidir. Sadəcə istintaq sirri olduğu üçün onun adı açıqlanmır. (Vətəninfo.az)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR