Ziya Məmmədovun “sağ əli” ölkədən qaçdı

15-10-2015, 13:47 768 dəfə baxılıb

Ziya Məmmədovun “sağ əli” ölkədən qaçdı










Nazirin bütün biznesini idarə edən, kadrlarını nəzarətda saxlayan Qulam Ələkbərov Ukraynaya sığınıb

Nəqliyyat naziri Ziya Məmmədovun sön dövrlər sıxışdırlması, haqqında yetərli qədər kompromat materialların gündəmə gətirilməsi səsbəbsiz deyil. Hakimiyyət daxilində baş qaldırmış çaxnaşmadan dolayı gerçəkləşən prosesin hansı yekunla bitəcəyi müəmmalıdır.

Redaksiyamızın əldə etdiyi məlumata görə, Ziya Məmmədovun ən aparıcı adamlarından biri ölkədən qaçıb. Məlumatda deyilir ki, Qulam Ələkbərov nəqliyyat nazirinin “sağ əli” hesab olunurmuş. Nazirin bütün biznesini, hətta kadrlarını belə bu adam idarə edirmiş.

Mənbə iddia edir ki, Rusiya bazarlarında kartof satan Mənsur Məmmədovun icra başçısı təyin edilməsi, Goranboya Nizaməddin Quliyevin göndərilməsi, Yaşar Məmmədovun polisdən Ucar və Qubaya başçı təyinatı alması, Mübariz Ağayevin Mingəçevirdən Göyçaya qədər böyük “kryuz”lar etməsinin səbəbkarı da elə Qulam Ələkbərov olub.

Redaksiyamıza danışan qaynaq bildirir ki, Qulam Ələkbərov əsasən “Mona Liza” restoranında otururmuş. Nərimanov rayonu ərazisində yerləşən bu restoran əsasən “Baş Qərargah” funksiyasını həyata keçirib. Ziya Məmmədovun bütün kadrları isə ora gələrək, Qulam Ələkbərovdan təlimatlar alırmışlar. Üstəlik, bütün maliyyə söhbətləri də həmin “qərargah”da gerçəkləşirmiş.

Mənbə deyir ki, Qulam Ələkbərov bir neçə gün əvvəl ölkədən qaçıb. Onun hazırda Ukraynada olduğu deyilir. Bildirilir ki, biznesinin bir qismini Ukraynaya daşımış Ələkbərovun bu ölkəyə qaçmasının bir başqa səbəbi də, onun barəsində axtarış verilsə belə Azərbaycana təhvil verilməyəcəyi barədə təminatının olmasıdır.

Onun ölkədən qaçmasının səbəbi isə aydın məsələdir ki, “sağ qolu” olduğu Ziya Məmmədovun acınacaqlı duruma düşməsidir. Redaksiyamıza danışan mənbə qeyd edir ki, Ələkbərov son ana qədər durumun düzələcəyinə ümid edib. Amma bir nemə gün əvvəl sonuncu “zərbə”nin daha ağır olduğunu görərək, ölkədən qaçmaqdan başqa yol qalmadığı qənaətinə gəlib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR