Jurnalistdən ölkə başçısına müraciət:”Maqsud Mahmudov hakimiyyəti nüfuzdan salmaqla məşğuldur”

17-07-2019, 14:00 354 dəfə baxılıb

Jurnalistdən ölkə başçısına müraciət:”Maqsud Mahmudov hakimiyyəti nüfuzdan salmaqla məşğuldur”


Ölkə başçısı Cənab İlham Əliyevə.
Vitse-prezident Mehriban xanım Əliyevaya.
Daxili İşlər Naziri Vilayət Eyvazova.
“AzTimes.az”xəbər portalının təsisiçi baş redaktoru Pərvin Abışova tərəfindən.
Cənab Prezident yazıb sizə bildirirəm ki, mən himayəmdə 3 azyaşlı uşaq olan tək anayam.2002-ci ildən “YAP”-in üzvüyəm.Jurnalist olaraq xəbər portalimizda xalqın və Dövlətin mənafeyini qorumuşam və bundan sonrada belə davam edəcəm. Ancaq son zamanlar özünü “dovlətçi” “Prezident tərəfdarı”kimi göstərən,kriminal əlaqələrinin güclü olduğunu ehtimal etdiyim(bu barədə faktlar var)Maksud Soltan oğlu Mahmudov adlı sələmçi Azərbaycan Respublikasının sevilən jurnalisti “Qarakənd”şəhidi,adına olan məktəbin sizin qayğı və diqqətinizə təmir olunan özünüzün də bir neçə dəfə baş cəkdiyiniz Osman Mirzəyevin xanımı haqqında təhqiramiz ifadələr işlətmiş və mən bunu mediaya açıqladığım üçün məni təhqir edib hədə qorxu gəlmişdir. Özümün və övladlarımın həyatı üçün narahatam. Təhlukəsizliyimin təmin edilməsi üçün göstəriş verməyinizi sizdən xahiş edirəm.

Jurnalistdən ölkə başçısına müraciət:”Maqsud Mahmudov hakimiyyəti nüfuzdan salmaqla məşğuldur”



Mən təsisçisi olduğum saytda siyasi baxışından, maddi durumundan asılı olmayaraq müraciət edən hər bir vətəndaşın problemini işıqlandırmağa hazır olduğumu daim qeyd etmişəm. Heç bir mövzuda qərəz nümayiş etdirməmişəm.Son nəfəsimə kimi də bu qayda ilə davam edəcəm. Bu insan insanları ləkələmək məqsədi ilə bir-biri ilə üz-üzə qoyaraq, müxtəlif şantaj üsulları seçir. O öz çıxışlarında hakimiyyətə dəstək olmaqla deyil,əksinə, nüfuzdan salmaqla məşğuldu. Bütün bu çıxışların başında isə dövlətdən külli miqdarda kredit alıb məzlum xalqa sələm vermək niyyəti durur.(Faktlar var) prezidentə dəstəyini nümayiş etdirmək istəyən insan bir şəhidin yadigarını sevindirər, heç nəyə gücü çatmasa belə göz yaşlarını silər. Ailə üzvlərinin belə “Bizi heç nə bağlamır” dediyi şəxsdən yana şəhid arvadının əxlaqsızlıqda ittihamı günah yox, Azərbaycan xalqı qarşısında böyük CİNAYƏTDİR.



Pərvin Abışova /AzTimes.az/



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR