"Bir çoxları ”siyasi məhbus" məsələsi üzərindən özünə biznes qurub..."

10-09-2019, 14:28 248 dəfə baxılıb

"Bir çoxları ”siyasi məhbus" məsələsi üzərindən özünə biznes qurub..."

Bunun ardınca hüquq müdafiəçilərindən və iqtidar təmsilçilərindən sərt reaksiyalar gəlməyə başlayıb. Xüsusilə siyahının 5-7 sentyabr tarixlərində Azərbaycanda səfərdə olan AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottirorun gəlişi günlərində təsadüf etməsi ən müxtəlif fikirlərin formalaşmasına səbəb olub. Belə fikirlər var ki, siyahı hazırlayan qurumların əsas məqsədləri xanım məruzəçiyə pas ötürmək, bununla ölkə iqtidarına qarşı təzyiqləri artırmaq olub. Bu ilin martındakı əfv sərəncamında 50-dən çox siyasi məhbusun azad olunmasından sonra belə aşağı-yuxarı siyasi məhbusların eyni sayda qaldığını iddia etməyin özünün çox absurd olduğu bildirilir.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli siyahıların hazırlanmasının arxasında duran məqsədlərdən söz açdı: “Düşünürəm ki, sualınızı cavablandırmazdan öncə ”siyasi məhbus" anlayışının özünə aydınlıq gətirmək lazımdır. Öncə qeyd edim ki, beynəlxalq hüquqi sənəd sayılan heç bir beynəlxalq konvensiyada “siyasi məhbus” anlayışı yoxdur. Hətta insan hüquqları ilə bağlı əsas istinad mənbəyi olan “Vətəndaş və siyasi hüquqlar haqqında” Pakt və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın özündə də “siyasi məhbus” anlayışı ilə bağlı konkret termin və müəyyənləşdirmələr yoxdur. Yalnız Beynəlxalq Amnistiya kimi qlobal güclərin əlində yumşaq güc aləti funksiyasını yerinə yetirən təşkilatlar “siyasi məhbus” anlayışını öz maraqlarına və strateji məqsədlərinə uyğun şəkildə tövsif edirlər. Avropa Şurası Parlament Assambleyasının bununla bağlı 2012-ci ildə qəbul etdiyi 1900 saylı qətnaməsi var. Qətnamədə qeyd olunur ki, bir sıra təşkilatlar, siyasətçilər və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən geniş istifadə olunan belə terminlərlə bağlı aydın və dəqiq müəyyənləşdirmə aparılmalıdır. 1900 saylı qətnamə tövsiyə xarakterlidir və “siyasi məhbus” anlayışının dəqiq sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı normativ hüquqi aktların qəbul edilməsi quruma üzv olan ölkələrin öhdəsinə buraxılır. Nəinki Azərbaycanın, hətta Avropa məkanında daxil olan ölkələrin qanunvericilik akrlarında belə dəqiq sərhədləri müəyyənləşdirməmiş bir siyasi terminin hüquqi anlayış kimi ifadə olunmasının əleyhinəyəm. O ki qaldı həbslərində siyasi motivlərin olduğu iddia edilən şəxslərlə bağlı məsələyə, belə siyahıların kimlərin mətbəxində hazırlandığı bəllidir. Və belə “siyahıların” məhz indi gündəmə gəlməsinin əsas səbəblərindən biri də dövlətimizə qarşı genişlənməkdə olan təbliğat kampaniyasının arxasında dayanan daxili və xarici düşmənlərimiz üçün bəhanələr yaratmaqdan ibarətdir. Bu texnologiyadan Azərbaycana qarşı artıq uzun müddətdir ki, istifadə edilir. Prosesin arxasında korporativ daxili və xarici maraqlar da var, şübhəsiz. Bir çoxları “siyasi məhbus” məsələsi üzərindən özünə biznes qurub. Şəxsiyyət əleyhinə ağır cinayət törətmiş, ölkənin konstitusiya quruluşunu dəyişməyə çağırışlar edən, dövlətə silah qaldıran şəxslərin adlarının belə siyahılara salınması da bunu sübuta yetirir".

Politoloq bu prosesin davamlı olacağını düşünür: “Sizi əmin edirəm ki, əgər Azərbaycanda adları belə siyahılarda yer alan şəxslərin hamısı əfv, amnistiya, yaxud məhkəmə qərarlarından sonra azadlığa buraxılsalar belə, bir neçə aydan sonra biz təxminən eyni sayda insanı əhatə edən siyahıların ortaya çıxmasının şahidi olacağıq. Necə ki, oluruq. Sonuncu əfvdən öncə ölkəmizdə 100-dən artıq ”siyasi məhbus"un olduğu iddia edilirdi. Belə siyahılarda adları yer alan 50-dən çox insan əfv olundu. Amma görürsünüz, say yenə 100-dən aşağı düşmür. Sanki bunlara xüsusi tapşırıq verilib ki, “şkalanı” 100-ün üzərində saxlasınlar. Əslində məqsədlərdən biri də Azərbaycan-Avropa İttifaq münasibətlərindəki inkişafa mane olmaqdan ibarətdir. Yəni “siyasi məhbus” iddiaları ilə bağlı məsələlər barədə fikir yürüdəndə təkcə bir qütbün maraqlarını nəzərə almaq doğru olmazdı. Bəzən bizim Qərb siyasətçisi, yaxud təşkilatı kimi qəbul etdiyimiz şəxslərin, yaxud təşkilatların arxasında tamamilə əks qütbün nümayəndələri dayanırlar. Həmin dairələr Avropada belə təşkilatlara və siyasətçilərə böyük vəsaitlər xərcləyirlər. Məsələ göründüyü qədər sadə deyil. Amma belə təxribatların Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirəcəyini düşünmürəm. Ortalıqda daha böyük strateji maraqlar var".
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR